Dənizçilər üçün xüsusi hazırlıq proqramı hazırlandı

Dənizçilər üçün xüsusi hazırlıq proqramı hazırlandı
02.12.2025 14:18

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin müvafiq qətnaməsinə, eləcə də "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyaya uyğun olaraq mühüm yenilik həyata keçirilib.

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir.

Yeniliyə əsasən, Beynəlxalq Məcəllənin A-VI/1-4 Cədvəlinə (şəxsi təhlükəsizlik və ictimai məsuliyyət) yeni səriştə –

"Zorakılıq və qısnama hallarının, o cümlədən cinsi qısnama, bulinq və cinsi zorakılıq hallarının qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə töhfə vermək" əlavə olunub.

Bu yeniliklə əlaqədar "Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat" xüsusi hazırlıq kursunun nümunəvi tədris planına dəyişiklik edilib. Plana yeni səriştənin tədrisi üçün 6 saat daxil edilib. Yenilənmiş proqramın ümumi müddəti 80 saat təşkil edir və dekabrın 1-dən tətbiq olunmağa başlanılıb.

Sözügedən yenilik dənizçilərin təhlükəsiz və etibarlı əmək şəraitinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan dənizçilərinin həm ölkə daxilində, həm də beynəlxalq sularda maneəsiz, fasiləsiz və standartlara uyğun fəaliyyət göstərməsinə şərait yaradır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər