Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi

Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi
17.03.2026 12:44

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində "Albalılıq elektrik avtobus deposu"nun istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobusa xidmət göstərilir.

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa və Nardaran qəsəbələrini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmət edəcəyi əraziyə kimi daha tez çatmasına və sürətli enerji doldurulmasına şərait yaradır.

Artıq 7 marşrut xətti üzrə (140, 150, 172, 189, 140E, 141E və M8) istifadə olunan avtobusların hamısı yenilənərək tam elektrikləşdirilib.

Qeyd edək ki, sözügedən marşrut xətləri üzrə daha əvvəl istifadə olunan "BMC" markalı ekoloji təmiz avtobuslar isə "BakuBus" MMC tərəfindən paytaxtın digər ərazilərində fəaliyyət göstərən mövcud marşrut xətlərinin gücləndirilməsinə cəlb olunub.

Sərnişin tələbatı və axını nəzərə alınaraq mövcud marşrutlara əlavə nəqliyyat vasitələrinin buraxılması ilə əhalinin ictimai nəqliyyata əlçatanlığı artırılıb, avtobusların yüklülüyü azalıb və xidmət keyfiyyəti yüksəldilib.

Elektrikli avtobuslar yaşıl və dayanıqlı nəqliyyat sisteminin əsas elementlərindən olmaqla atmosferə zərərli qazların buraxılmasını aradan qaldırır, havanın keyfiyyətini yaxşılaşdırır və səs-küyü azaldır. Bu isə ekoloji vəziyyətə və müasir ictimai nəqliyyat sisteminin inkişafına mühüm töhfə verir.

TodayPress TV

FOTOLAR

Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi — 1
Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi — 2
Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi — 3
Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi — 4
Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi — 5
Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər