Cinayət məsuliyyəti daşıyacaqsınız - Brakonyerlərə xəbərdarlıq

Cinayət məsuliyyəti daşıyacaqsınız - Brakonyerlərə xəbərdarlıq
15.05.2026 22:50

Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə ölkə ərazisindəki bütün su hövzələrində balıq və digər su bioresurslarının ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib. Bəs, qadağaya əməl etməyənlərə qarşı hansı tədbirlər görüləcək?

TodayPress TV xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov açıqlamasında bildirib ki, qadağa dövründə bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində qanunamüvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Onun sözlərinə görə, bu məqsədlə balıqçılar arasında profilaktik tədbirlər aparılır və müvafiq söhbətlər edilir: “Mart və aprel aylarında Balıqçılıq və Akvakultura Mərkəzinin, eyni zamanda, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xidmətinin əməkdaşlarının iştirakı ilə daha çox balıqçılar olan ərazilərdə söhbətlər aparılıb, profilaktik tədbirlər görülüb. Mingəçevir və Şəmkir su anbarlarının yaxınlığında, Xəzərin sahilini əhatə edən Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Qaradağ rayonu ərazisində, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbinin yaxınlığındakı ərazilərdə balıqçılarla görüşlər keçirilib. Həmçinin Neftçala, Lənkəran və Astarada da mütəmadi görüşlər təşkil olunub. Görüşlərin məqsədi qadağa müddətində balıqçıları qanunsuz balıq ovuna çıxmamaları barədə məlumatlandırmaqdır. Bu tədbirlərin davamı olaraq respublika, ölkə ərazisində ümumilikdə bütün su anbarlarında, eyni zamanda, Xəzərsahili ərazilərdə qeyd olunan qurumlarla birgə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir”.

Elşən Məcidov, həmçinin qeyd edib ki, yanvarın 1-dən mayın 14-nə qədər keçirilən reydlərdə qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokol tərtib olunub. Üç fakt üzrə cinayət məsuliyyəti yarandığından bu materiallar aidiyyatı üzrə baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Tədbirlər çərçivəsində aşkar olunmuş balıq ovu avadanlıqları sudan çıxarılıb.

Direktor müavini onu da bildirib ki, mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və “Bakı balıqçılar və su altı ovçular klubu” İçtimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kürün sahilində - çayın Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.

“Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. Bir daha balıqçılara bildiririk ki, qanunsuz balıq ovundan çəkinsinlər, qadağa müddətində balıq ovu ilə məşğul olmasınlar. Əks halda bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, - deyə Elşən Məcidov əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər