Bu ailələrə məktəbli forması pulsuz ola bilər – Valideynlərə müjdə

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – Valideynlərə müjdə
16.07.2026 10:43

Yeni tədris ilinə hələ iki aydan artıq vaxt qalsa da, valideynlər artıq məktəb alış-verişinin planını qurmağa başlayıblar. Xüsusilə məktəbli formalarının qiymətinin artıb-artmayacağı və bu xərclərin ailə büdcəsinə təsiri ən çox müzakirə olunan məsələlərdəndir. Bəs gələcəkdə məktəbli formalarının şagirdlərə dövlət hesabına, ödənişsiz verilməsi mümkündürmü?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan “AzEdu” Təhsil Platformasının icraçı direktoru Elmin Nuri deyib ki, yeni tədris ili başlamazdan öncə məktəbli formaları gündəmə gəlir:

“Media, sosial şəbəkələr və ictimaiyyət bu mövzunu geniş müzakirə edir. Sonra heç bir əsaslı həll olmadan məsələ yenə əvvəlki vəziyyətində qalır və təhsildəki çoxsaylı problemlər arasında unudulur. Artıq bir neçə ildir eyni mənzərəni müşahidə edirik. Bəs nə etmək lazımdır? Əgər məktəbli formalarının alınması həqiqətən ciddi sosial problemdirsə, dövlət tərəfindən təmin edilməməsi ailələrin büdcəsinə ciddi yük yaradırsa, bu mövzu daha geniş müzakirə edilməli, konkret həll yolları hazırlanmalı və birdəfəlik qərar verilməlidir. Yox, əgər problem hesab olunmursa və biz hər il sentyabrda bu məsələni müzakirə edib sonra unuduruqsa, deməli, eyni söhbəti təkrarlamağın da mənası yoxdur”.

Ekspert hesab edir ki, təhsildə bu qədər mühüm problemlər olduğu halda, məktəbli formaları məsələsinin hər il eyni şəkildə gündəmə gətirilməsi artıq nəticə vermir:

“Amma digər tərəfdən də qəbul etməliyik ki, bu məsələ cəmiyyət tərəfindən müzakirə olunursa, deməli, problemdir. Bəli, bəzi ailələr üçün iki-üç uşağa məktəbli forması almaq çətinlik yaratmaya bilər. Amma elə ailələr də var ki, onlar üçün 35-50 manat belə ciddi məbləğdir. Belə ailələrin sayı isə az deyil. Kiminsə bu məsələyə istehza ilə yanaşması doğru deyil. Ola bilsin ki, bir insan üçün bu məbləğ adi bir xərclə müqayisə olunsun, amma başqa bir ailə üçün həmin pul bir həftəlik dolanışıq deməkdir. Reallıq budur”. E.Nuri düşünür ki, dövlət məktəbli formalarının təmin olunması istiqamətində gələcəkdə addımlar ata bilər:


Elmin Nuri

“Dünyada bunun uğurlu nümunələri var. Təsəvvür edin, Cənubi Koreyada və ya digər inkişaf etmiş ölkələrdə hər yeni tədris ili ərəfəsində məktəbli forması problemi ölkə gündəminə çevrilirmi? Əlbəttə ki, yox. Bir çox ölkələrdə dövlət məktəblərində hər şagird üçün “məktəbli paketi” hazırlanır. Buraya məktəb ləvazimatları, dərs üçün zəruri vasitələr daxildir. Hətta bəzi ölkələrdə hər bir şagirdə planşet belə dövlət tərəfindən təqdim edilir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Yeni məktəblər tikilir, liseylər və təhsil mərkəzləri yaradılır, rəqəmsal təhsil genişləndirilir. İnanıram ki, vaxt keçdikcə bu istiqamətdə də addımlar atılacaq. Amma bu işdə təkcə dövlətdən gözləmək də doğru deyil. Cəmiyyət olaraq biz də dəstək verməliyik”.

Elmin Nuri deyib ki, imkanlı şəxslər məktəbli formasının təşkilində dəstək göstərə bilərlər:

“Sahibkarlar, şirkətlər, müxtəlif qurumlar sosial məsuliyyət layihələri həyata keçirə bilərlər. Məsələn, “Qardaşlaşmış məktəb” layihəsi yaradıla bilər. Hər bir müəssisə bir məktəblə əməkdaşlıq edər, həmin məktəbdə maddi imkanı zəif olan şagirdlərin məktəbli forması, çantası və digər ləvazimatlarını təmin edər. İnanın, bundan nə dövlət uduzar, nə sahibkar, nə də cəmiyyət. Əksinə, uşaqlar üçün böyük motivasiya yaranar, sosial həmrəylik güclənər və hər yeni dərs ili ərəfəsində eyni problemi müzakirə etmək məcburiyyətində qalmarıq”.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər