BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir

BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir
05.08.2025 17:59

BP şirkəti Qusar rayonunun Avaran kəndində həyata keçirdiyi su təchizatı layihəsinin birinci mərhələsini tamamlayıb.

TodayPress TV bu barədə şirkətə istinadən xəbər verir.

Layihə, BP-nin Azərbaycanda kənd icmalarında su şəraitini yaxşılaşdırmağa yönəlmiş genişmiqyaslı su təchizatı proqramının bir hissəsidir. Bu təşəbbüs şirkətin su qıtlığı yaşanan bölgələrdə təmiz su resurslarından xalis istifadəsini azaltmaq məqsədinə xidmət edir. BP bu məqsədə həm öz əməliyyatlarında suyun daha səmərəli istifadəsi, həm də tərəfdaşlarla əməkdaşlıq çərçivəsində təmiz su ehtiyatlarının bərpası vasitəsilə nail olmağı hədəfləyir.

Avaran kəndində həyata keçirilmiş layihə çərçivəsində 10 000 kubmetr tutumlu, membranla örtülmüş yeni su anbarı və 2 000 kubmetr tutumlu çöküntü hovuzu inşa olunub. Eyni zamanda, Cəgər Cibir su kanalından anbara su daşıyan 1,4 km uzunluğunda yeni boru xətti çəkilib. Layihə çərçivəsində nasos və filtrasiya stansiyaları, su çənləri, həmçinin 125 ailənin su şəbəkəsinə birbaşa qoşulmasını təmin edən infrastruktur qurulub.

Layihənin birinci mərhələsinin başa çatması münasibətilə kənddə təşkil olunan tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib:

“Avaran kənd icmasının təmiz suya birbaşa çıxış əldə etməsinə dəstək verməkdən məmnunuq. Bu layihə kənd icmalarında su şəraitinin yaxşılaşdırılmasına yönəlmiş öhdəliyimizin mühüm hissəsidir. Bu təşəbbüs yerli icmalara və ekosistemlərə əhəmiyyətli fayda verir və şirkətimizin qlobal məqsədlərinə uyğunluğunu bir daha nümayiş etdirir”.

Onun sözlərinə görə, birinci mərhələnin uğurlu nəticələri BP-ni layihənin ikinci mərhələsinə də ruhlandırıb: “Yeni mərhələdə əlavə 263 ailə təmiz su ilə təmin ediləcək. Hazırda işlər davam edir və layihənin 2025-ci ilin sonuna qədər tam istifadəyə verilməsi planlaşdırılır”.

Layihənin birinci mərhələsinin ümumi dəyəri 810 390 manat (476,7 min ABŞ dolları) təşkil edib. İcra Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilib.

Qeyd edək ki, BP-nin Azərbaycanda kənd icmaları üçün reallaşdırdığı su təchizatı proqramı 2023-cü ilin noyabrında başlayıb və 2026-cı ilin aprelində tamamlanması planlaşdırılır. Ümumi dəyəri 5 milyon 265 min 556 manat (3 milyon 097 min 385 ABŞ dolları) olan proqram üç əsas komponentdən ibarətdir.

Birinci komponent Tovuz rayonunda yerləşən Dovşanlı və Məhəmmədəli kəndlərindəki ənənəvi yeraltı su kanalları – kəhrizlərin bərpasını nəzərdə tutur. Layihənin nəticəsində Aşağı Quşçu kəndinin 10 000-dən çox sakininin faydalanacağı gözlənilir. Layihənin dəyəri 1 milyon 282 min 227 manat (754,251 min ABŞ dolları) təşkil edir və icrası “Puls-R” MMC-yə həvalə olunub. İşlərin 2025-ci ilin dekabrında başa çatdırılması planlaşdırılır.

İkinci komponent çərçivəsində 2025-ci ilin iyununda həm Göyçay, həm də Qusar rayonlarında layihələr uğurla başa çatdırılıb. Layihələrin ümumi dəyəri 2 milyon 388 min 130 manat (1 milyon 404 min 782 ABŞ dolları) təşkil edir və onların icrası Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilib.

Göyçayda layihənin sonuna 100 hektardan çox əkin sahəsi su ilə təmin olunub. Buraya Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ET İnstitutuna məxsus 83 hektar və yerli fermerlərə aid 15 hektar sahə daxildir. Su sisteminin illik ötürücülük qabiliyyəti 500 min kubmetr təşkil edir.

Qusarda (Avaran kəndi) membranla örtülmüş 10 000 kubmetrlik su anbarı, 2 000 kubmetrlik çöküntü hovuzu və 1,4 km-lik boru xətti inşa olunub. 125 ailə birbaşa su şəbəkəsinə qoşulub.

Üçüncü komponent çərçivəsində icma tərəfindən idarə olunan su layihələri Kürdəmir, Yevlax, Goranboy və Samux rayonlarında 15 icmanı əhatə edir. Məqsəd 10 000-ə yaxın kənd sakini üçün içməli su, suvarma və kanalizasiya sistemlərinin qurulmasıdır. Layihənin ümumi dəyəri 1 milyon 595 min 200 manat (938 352 ABŞ dolları) təşkil edir və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir. 2023-cü ilin noyabrında başlanan layihənin 2026-cı ilin aprelində tamamlanması nəzərdə tutulur. Bu günə qədər 15 icmadan 13-də işlər yekunlaşıb, qalan 2 icmada isə işlərin yaxın müddətdə başa çatdırılması planlaşdırılır.

FOTOLAR

BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir — 1
BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir — 2
BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir — 3
BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir — 4
BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir — 5
BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir — 6
BP Azərbaycan kəndlərində təmiz su təminatını genişləndirir — 7
XƏBƏR LENTİ
16 IYUN 2026
Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Bütün Xəbərlər