Bəzi sürücülər kəmər taxmaya bilər

Bəzi sürücülər kəmər taxmaya bilər
17.06.2026 07:00

Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.

TodayPress TV xəbər verir ki, Vəkil Vamiq Şükürov Demokrat.az-a açıqlamasında deyib ki, konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş nəqliyyat vasitəsində hərəkət zamanı sürücü kəməri bağlamalı və sərnişinlərin də kəmərdən düzgün istifadə etməsini təmin etməlidir:

"Bu tələb yol hərəkəti təhlükəsizliyinin əsas qaydalarından biri hesab olunur və ümumi risklərin azaldılmasına xidmət edir. Bununla yanaşı, qanunvericilikdə müəyyən istisna hallar da nəzərdə tutulub. Belə ki, 12 yaşınadək uşaqlar, geriyə hərəkət (manevr) edən sürücülər, hamilə qadınlar, həmçinin sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədən şəxs təhlükəsizlik kəmərini taxmaya bilər. Eyni zamanda, yaşayış məntəqələri daxilində operativ nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri də xidməti zərurət yarandıqda kəmərdən istifadə etməmək hüququna malikdirlər. Lakin bu istisnalar yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq şərtlər daxilində tətbiq olunur".

O, bildirib ki, motosikletlərə münasibətdə isə ayrıca tələb müəyyən edilib:

"Belə ki, motosiklet sürücüsü mütləq şəkildə qoruyucu dəbilqəni düzgün şəkildə bağlamalı, sərnişinlərin də motodəbilqədən istifadə etməsini və onun düzgün bərkidilməsini təmin etməlidir. Ümumilikdə bu qaydalar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və qəza zamanı ağır nəticələrin minimuma endirilməsi məqsədi daşıyır".

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Bütün Xəbərlər