Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirildu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirildu
18.07.2025 14:12

İyulun 17-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, müşavirəni giriş nitqi ilə açan Nazim Rəcəbov bildirib ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi kursunun əsas prioritetlərindən biri kimi korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib.

Bu sahədə ölkədə iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin şəffaf və sağlam əsaslarla qurulması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Daha sonra Baş İdarə rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 5713 müraciətinə baxılıb.

Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 66 təqdimat göndərilmişdir. Təqdimatlara əsasən həmin qurumların bir sıra işçiləri intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.

Əməliyyat qurumları tərəfindən 59 cinayət işi başlanmış, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanmış, habelə axtarışda olan 7 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Nazim Rəcəbov həmçinin bildirib ki, hesabat dövründə Baş İdarənin beynəlxalq fəaliyyəti istiqamətində də mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq nüfuzu və etimadı daha da artmışdır. Bu xüsusda may ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Onuncu Görüşü və Altıncı Plenar İclası Azərbaycan Prokurorluğunun qlobal antikorrupsiya platformalarında fəallığının və təşəbbüskarlığının növbəti təzahürü olub.

Müşavirədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq göstərişləri də iştirakçılara çatdırılıb. Daxil olmuş müraciətlərinə baxılmasının nəticəsi barədə vətəndaşların dəqiq və dolğun şəkildə məlumatlandırılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələr üzrə davamlı təhlillərin aparılması istiqamətlərində işlərin davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Əməliyyat müşavirəsinin sonunda Nazim Rəcəbov vurğulayıb ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nəzarət daimi diqqətdə saxlanılmalı, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsi, əmlakın bərpası və qətimkan tədbirlərinin səmərəli tətbiqinə xüsusi önəm verilməlidir. O, bu kimi məsələlər ətrafında aparılan geniş təhlillərdən sonra qarşıdakı dövr üçün müvafiq tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına verib.

FOTOLAR

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirildu — 1
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirildu — 2
XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər