Bakıda taksilərə QADAĞA: Qiymətlər ARTACAQ

Bakıda taksilərə QADAĞA: Qiymətlər ARTACAQ
28.01.2026 13:43

"Yeni qərar taksilərin sayını azaltdığı qədər qiymətlərin də artmasına gətirib çıxara bilər". 

TodayPress TV xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Adil Nəbiyev taksilərə tətbiq edilən məkan məhdudiyyətlərindən danışarkən bildirib.


Onun sözlərinə görə, Bakıda lisenziyası olan taksi sürücülərinə paytaxtdan kənarda sifariş qəbulunun qadağan edilməsi və eyni qaydanın bölgə taksilərinə Bakıda tətbiq olunması nəqliyyat bazarında ciddi dəyişikliklərə səbəb ola bilər.

"Yağış və ya qar yağan kimi, yaxud metroda hər hansı bir nasazlıq baş verən kimi taksi xidmətlərində onsuz da qiymətlər dərhal qalxır. Bu qərar ilk baxışdan nizam-intizamın yaradılması və bazarın tənzimlənməsi məqsədi daşısa da, praktik nəticələri daha mürəkkəbdir və bir neçə istiqamətdə təsir göstərir. Əvvəla, şəhərlərarası taksi səfərlərinin qiymətlərinin artması ehtimalı kifayət qədər yüksəkdir. Sürücü Bakıdan Sumqayıta, Abşerona və ya digər yaxın şəhərlərə sərnişin apardıqdan sonra geri dönüşdə müştəri götürə bilmirsə, yolun bir hissəsini gəlirsiz qət etmiş olur. Bu itki isə qaçılmaz olaraq gediş haqqına əlavə edilir".

Ekspert vurğulayıb ki, sərnişin faktiki olaraq yalnız bir istiqamətin deyil, gedib-gəlmə məsafəsinin xərcini ödəməli olur. Xüsusilə gündəlik Bakı-Sumqayıt, Bakı-Xırdalan kimi marşrutlardan istifadə edənlər üçün bu, qiymətlərin hiss olunan dərəcədə bahalaşması ilə nəticələnə bilər:

"Digər tərəfdən, bu məhdudiyyət sürücülərin iş səmərəliliyini azaldır. Taksi fəaliyyəti elastiklik üzərində qurulub və sürücü gün ərzində harada sifariş varsa, orada işləməklə qazancını formalaşdırır. Coğrafi sərhədlərin sərtləşdirilməsi sürücünün vaxtının və yanacaq resurslarının israfına səbəb olur, eyni zamanda bazarda süni çatışmazlıq yaradır. Məsələn, Bakıda pik saatlarda taksi tapmaq çətinləşə, bölgələrdə isə boş taksilərin sayı arta bilər".

A.Nəbiyev əlavə edib ki, qadağanın müsbət tərəfi kimi yerli bazarların qorunması və lisenziyasız fəaliyyətin qarşısının alınması göstərilə bilər. Teorik olaraq bu yanaşma hər şəhərdə taksi sayının balanslaşdırılmasına və nəzarətin asanlaşdırılmasına xidmət edir:

"Lakin real vəziyyətdə sərnişinin maraqları ikinci plana keçir. Sərnişin üçün əsas olan rahatlıq, əlçatanlıq və münasib qiymətdir. Əgər qaydalar bu üç amili zəiflədirsə, ictimai narazılıq qaçılmaz olur.

Ümumilikdə, bu qadağa uzunmüddətli perspektivdə nə sürücülər, nə də sərnişinlər üçün ideal görünür. Daha çevik mexanizmlər tətbiq edilə bilərdi. Məsələn, şəhərlərarası səfərdən sonra geri dönüş sifarişlərinə məhdud, lakin icazəli rejim tətbiq etmək və ya vahid regional lisenziya modeli yaratmaq mümkün olardı. Bu halda həm bazar nəzarətdə saxlanılar, həm də qiymətlərin süni artımının qarşısı alınardı".

O qeyd edib ki, mövcud qərar şəhərlərarası taksi səfərlərinin bahalaşmasına real zəmin yaradır və nəqliyyat sistemində balansı zəiflədir. Qadağanın məqsədi anlaşılan olsa da, onun tətbiq forması daha düşünülmüş, sərnişin və sürücü maraqlarını uzlaşdıran şəkildə yenidən nəzərdən keçirilməlidir.

Məlumat üçün bildirək ki, Bakıda fəaliyyət göstərmək üçün lisenziyası olan taksi sürücülərinə artıq paytaxt xaricində sifariş qəbul etməyə icazə verilməyəcək. Eynilə, bölgələrdən olan taksi sürücülərinə də artıq Bakıda fəaliyyət göstərmək qadağandır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər