Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək

Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək
08.12.2025 13:08

Fövqəladə Hallar Nazirliyi (FHN), SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə dekabrın 10-da Bakıda III Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, "Dönüş nöqtəsi" konsept mesajı ilə təşkil olunacaq tədbir dövlət və özəl sektorun nüfuzlu nümayəndələrini bir araya gətirərək sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynayacaq.

Sənaye Təhlükəsizliyi Zirvəsində Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur. Memorandum çərçivəsində tərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri və ESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Tədbir ümumilikdə "Qırmızı Xətt" panelindən, "Safe Talks" adlı müzakirədən və "HSE Awards" təltifetmə mərasimindən ibarət olacaq. Proqram, həmçinin 10 spiker və 2 moderatorun iştirakı ilə üç əsas sessiyada keçiriləcək.

"Qırmızı xətt" adlı paneldə ekspertlər sənaye təhlükəsizliyində texnologiya və süni intellektin tətbiqinin yaratdığı yüksək risk zonalarını, texnologiyanın insan faktorunu hansı hallarda əvəz edə bilmədiyini, süni intellektin yaratdığı fürsətləri müzakirə edəcəklər.

"Safe Talks" sessiyası AISA-nın sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində maarifləndirici podkast seriyasının davamı olaraq ilk dəfə canlı formatda təqdim ediləcək. Xüsusi qonağın iştirakı ilə keçiriləcək interaktiv müzakirələr təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə verəcək.

"HSE Awards" təltifetmə mərasimində isə fərqli sənaye sektorları üzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələrində fərqlənən təşkilat və şəxslər mükafatlandırılacaq. Bu mükafatlar SƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə və daha təhlükəsiz, dayanıqlı biznes həllərini önə çıxarmağa xidmət edir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
"Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 Bütün Xəbərlər