Bakı şəhərində piyada zonaları yaradılır

Bakı şəhərində piyada zonaları yaradılır
08.09.2025 11:42

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən TodayPress TV-yə verilən məlumata görə, artıq bir müddətdir, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır.

İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır.

Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həmdə şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir göstərir.

Həmçinin, İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin salınması nəzərdə tutulub.

TodayPress TV

FOTOLAR

Bakı şəhərində piyada zonaları yaradılır — 1
Bakı şəhərində piyada zonaları yaradılır — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər