Bakı metrosunda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır

Bakı metrosunda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır
28.01.2026 13:38

Bakı metrosunda platformalarda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sualını cavablandırarkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrin metropoliten sistemlərində platforma qoruyucu şüşə arakəsmələri sərnişin təhlükəsizliyinin artırılması məqsədilə tətbiq olunur və bu təcrübə öyrənilir: "Platforma arakəsmələri ən səmərəli şəkildə yalnız müasir avtomatik idarəetmə və işarəvermə sistemləri olan xətlərdə tətbiq olunur. Bu sistemlər qatarların platformada dəqiq və sabit dayanma mövqeyini avtomatik şəkildə təmin edir. Hazırda isə qatarların platformada dayanmasını maşinist həyata keçirir. Qapıların qoyulması üçün isə bizə avtomatik sistemin verdiyi dəqiqlik zəruridir".

O qeyd edib ki, Bakı Metropolitenində fərqli nəsil və bir neçə model vaqon istismar olunur və qapıların yerləşməsi fərqlidir: "Onların bəzilərinin qapısı içəri, bəzilərinin qapısı isə çölə açılır. Bu, platforma arakəsmələrinin standart formada tətbiqini çətinləşdirən amillərdən biridir. Bu mənada stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır. Yaşıl və Qırmızı xətlərdə hava stansiyalara əsasən tuneldən daxil olur. Platforma arakəsmələri quraşdırılması hava axınlarının qarşısını alacaq. Bu həm tunel infrastrukturuna və ən əsası sərnişinlərə mənfi təsir göstərə bilər".

(Report)

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər