Bakı metrosunda daha bir maşinist qadın

Bakı metrosunda daha bir maşinist qadın
06.03.2026 11:12

"Bakı Metropoliteni" QSC-nin həyata keçiridiyi növbəti kursu müvəffəqiyyətlə bitirmiş maşinistlər peşə fəaliyyətinə başlayıblar.

TodayPress TV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hazırda qatar maşinisti peşəsi üzrə təcrübə proqramına qeydiyyat və yeni kurslar davam etdirilir.

Bildirilib ki, tamamlanan 6 aylıq kursun nəticələrinə əsasən, 6 gənc Bakı metrosunun Təlim-tədris mərkəzində keçirilən nəzəri və praktiki məşğələləri uğurla başa vuraraq qatar maşinisti peşəsinə yiyələnib. Martın 6-da keçirilən tədbirdə gənc maşinistlərə vəsiqələri təqdim olunub.

Yeni maşinistlərdən biri isə qadındır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Səriyyə Vəlizadə 2015-2019-cu illərdə Ekologiya ixtisası üzrə bakalavr təhsili alıb.

Qeyd edilib ki, qatar maşinisti kursları 2018-ci ildən innovativ seçim qaydaları əsasında təşkil olunur. Qeydiyyatdan keçən və ilkin tələbləri ödəyən namizədlər əvvəlcə ənənəvi qaydada nəzəri biliklərə yiyələnir, sonra metropolitenin əsas sahələri ilə əyani tanış olurlar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilir. Bu mərhələdə müdavimlərə 9 fənn üzrə 464 saat məşğələ keçirilir.

İkinci mərhələ üzrə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsində iştirak edən iddiaçılar bir tədris raundundan digərinə imtahan yoxlamalarının nəticələrinə əsasən keçirlər.

Müdavimlər üçüncü mərhələdə metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb olunurlar. Onlar Bakı Metropoliteni təlimçilərinin nəzarəti altında qeyri-pik saatlarda xəttə çıxaraq peşə vərdişlərinə uyğunlaşırlar.

Davamlı olaraq həyata keçirilən yeni maşinistlərin hazırlanmasının indiki mərhələsində 3 qrupda kurslar təşkil edilib və daha 3 qadın namizəd bu peşəyə yiyələnmək üçün hazırlaşır. Ümumilikdə isə 37 müdavim qatar maşinisti peşəsinin sirlərini öyrənir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Bütün Xəbərlər