Bakı Limanının əməliyyat göstəriciləri açıqlandı

Bakı Limanının əməliyyat göstəriciləri açıqlandı
13.03.2026 13:36

Ötən il Bakı Beynəlxalq Dəniz Liman üzrə 2025-ci ildə ümumi yükaşırmanın həcmi 2024-cü ilə nisbətən 8,1% artaraq 8 192,2 min ton təşkil edib.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hesabata əsasən, liman üzrə ümumi yükaşırmanın 5 587,1 min tonu və ya 68,2%-i tranzit yüklərin payına düşmüşdür. Qeyri-neft yükləri üzrə tranzit daşımaların həcmi 9,1% artaraq 4500 min ton təşkil edib.

“Hesabat ilində vaqon aşırılması 1,7% azalaraq 36,9 min ədəd təşkil edib. Vaqonların 22,9 min ədədi və ya 62,1%-i Bakı-Türkmənbaşı-Bakı, 14 min ədədi və ya 37,9%-i isə Bakı-Kurik/Aktau-Bakı istiqamətində hərəkət edib. İrihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı 2024-cü ilə nisbətən 2,9% artaraq 59,9 min ədəd təşkil edib, bu nəqliyyat vasitələrinin 34,4 min ədədi (57,4%-i) Bakı-Türkmənbaşı-Bakı, 25,5 min ədədi (42,6%-i) isə Bakı-Kurık-Bakı istiqamətində daşınıb”, - hesabatda bildirilir.

Qeyd olunur ki, hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 2024-cü illə müqayisədə 39,7% artaraq 107,2 min ədəd təşkil edib.

“2025-ci ildə Dübəndi Neft Terminalında xam neft və neft məhsullarının aşırılması 2024-cü ilə nisbətən 5,3% azalaraq ümumi həcmi 1,7 mln. ton olub. Ümumi Yük Terminalında 2025-ci ildə quru yüklərin aşırılmasında 2024-cü illə müqayisədə 37,8% artım olmuş və 1,44 mln. ton təşkil edib”, - sənəddə vurğulanır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər