Bakı Biznes Universitetində maarifləndirici görüş keçirildi

Bakı Biznes Universitetində maarifləndirici görüş keçirildi
13.12.2025 14:37

Bakı Biznes Universitetində sığorta və risk mədəniyyətinə həsr olunmuş növbəti maarifləndirici görüş keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TodayPress TV xəbər verir ki, universitetin təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov açıb.

Daha sonra Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, risklərin idarə olunması və sığortanın əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin universitetin Maliyyə kafedrasının müdiri İsmayıl Həsənov, sığorta fənninin müəllimi İlahə Ümidli və gömrük işi fənninin müəllimi Zəfər Nağıyev də çıxış edərək bu kimi tədbirlərin tələbələr üçün əhəmiyyətini vurğulayıblar.

Görüşün əsas məqsədi tələbələrdə sığorta sahəsinə marağın artırılması, onların real iş mühiti ilə yaxından tanış edilməsi və bu sahədə mövcud karyera imkanları barədə məlumatlandırılması olub.

Tədbirin sonunda fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim edilib.

TodayPress TV

FOTOLAR

Bakı Biznes Universitetində maarifləndirici görüş keçirildi — 1
Bakı Biznes Universitetində maarifləndirici görüş keçirildi — 2
Bakı Biznes Universitetində maarifləndirici görüş keçirildi — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Bütün Xəbərlər