Azərbaycandan Türkiyəyə əmlak axını – İnvestisiya, yoxsa köç?

Azərbaycandan Türkiyəyə əmlak axını – İnvestisiya, yoxsa köç?
22.12.2025 17:47

Son dövrlər Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı təxminən 10 faizə yaxın artıb. 

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, bu prosesi yalnız miqrasiya kontekstində dəyərləndirmək düzgün deyil və burada bir sıra iqtisadi-sosial amillər rol oynayır.


Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının xarici ölkələrin daşınmaz əmlak bazarına investisiya etməsinin əsas səbəblərindən biri ölkə daxilindəki sosial-iqtisadi şəraitlə bağlıdır:

"Azərbaycanda əmək bazarının məhdud imkanları, əməkhaqqı səviyyəsinin aşağı olması, yüksək ixtisaslı kadrların layiqli işlə təmin edilməsində çətinliklər bu prosesə təsir göstərir. Xüsusilə rəqəmsal texnologiyalar və maliyyə sektoru kimi sahələrdə yüksək ixtisaslı işçiləri yerləşdirmək imkanları məhduddur".

İqtisadçı qeyd edib ki, biznes mühitinin zəif inkişafı da əhalini investisiya imkanlarını xaricdə axtarmağa sövq edir:

“Bazara giriş-çıxış qaydalarının mürəkkəbliyi, kənar təsirlər və qeyri-müəyyənliklər insanları investisiya üçün daha rahat ölkələrə yönəldir. Bu baxımdan Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiya ön plana çıxır. Son illərdə isə Avropa ölkələrinə maraq artmaqdadır. İnvestisiyanın geri dönüş müddəti də mühüm rol oynayır. Dünya praktikasında mənzil investisiyasının 10 il ərzində geri dönməsi optimal hesab edilsə də, Azərbaycanda bu müddət bəzən 15-20 ilə qədər uzanır. Bu səbəbdən rasional qərar verən investorlar daha əlverişli şərtlərə malik ölkələrə, xüsusilə Gürcüstan və Türkiyəyə üstünlük verirlər".

Ekspertin fikrincə, xaricdə əmlak alanların bir qismi bunu gələcək riskləri sığortalamaq məqsədilə edir:

“Qeyri-rəsmi gəlirləri olan və ya vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş şəxslər korrupsiyaya qarşı mübarizə və mümkün siyasi dəyişikliklər fonunda öz vəsaitlərini qorumaq üçün xaricdə daşınmaz əmlak əldə edirlər. Bəzi investorların biznes bacarıqlarının məhdud olması da bu tendensiyaya təsir göstərir. Mürəkkəb və rəqabətli sahələrdə fəaliyyət göstərməkdənsə, onlar daha asan və passiv gəlir gətirən renta – yəni icarə bazarına yönəlirlər".

Rəşad Həsənov qeyd edib ki, bütün bu amillər birlikdə son illərdə Azərbaycan vətəndaşlarının xarici daşınmaz əmlak bazarına yönələn investisiya axınlarının əsas səbəblərini formalaşdırır və bu prosesi yalnız köç dalğası kimi qiymətləndirmək doğru yanaşma deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Bütün Xəbərlər