Azərbaycanda bu sözlər qadağan edilir?

Azərbaycanda bu sözlər qadağan edilir?
26.02.2026 23:50

Professor Sevinc Əliyeva deyib ki, Azərbaycanın efir məkanında türk dilindən gəlmiş sözlərdən (məsələn, ilgilənmək, bəlirləmək) istifadə edilməməlidir. Bunun üçün televiziyalarda xüsusi şuralar yaradılmalı və ciddi nəzarət tətbiq olunmalıdır. Diqqətçəkən məqam ədəbi dil və media məkanında yüzlərlə əcnəbi mənşəli (ərəb, fars, fransız, latın, yunan və s.) sözlərin rahatlıqla işlədilməsidir.

Türk dilinə qarşı bu münasibətin səbəbi, hədəfi nə ola bilər?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli bu yanaşma ilə razılaşmadığını vurğulayıb:

“Düzü, bilmirəm, bu yanaşmanın kökündə nə dayanır. Sanki bəzi insanlar öz irsini sevmir, ya da sevmək istəmirlər.

Məsələn, deyirlər ki, biz Oğuz kökündənik. Hamımızın soykökü eynidirsə, bəs niyə bu sözləri işlətməyək? Sabah bu məntiq digər sözlərə də şamil olunacaq. Məsələn, deyirlər? gündəlik ifadələr efirdə işlədilə bilməz, amma yad sözlərə icazə verilir. Anadolu türkcəsindən gələn sözlərin dilimizə problem yaratması isə məncə, gülünc yanaşmadır.

Sözlərin kökü öz dilimizdədirsə, onları niyə qadağan edək? Dilimizlə bağlı qorxu yaratmaq düzgün deyil. Biz babalarımızın dilindən danışırıq, ondan qorxmalı deyilik”.

Türkoloq, dosent Faiq Ələkbərlinin fikrincə, Azərbaycan dili elə türk dilidir:

“Türkiyə türkləri və Azərbaycan türkləri bir xalqdır, bir atanın, bir ananın övladlarıdır. Bəzi kəlmələrin Türkiyə türkcəsində olduğu üçün Azərbaycan türkcəsində işlədilməsinin qadağan edilməsi doğru deyil. Əgər belə yanaşsaq, onda Hüseyn Cavidləri, Əhməd Cavadları, Məhəmməd Füzuliləri, Nəsimiləri və Azərbaycan xalqının tarixində yer tutmuş bütün böyük ədiblərdən imtina etməli olardıq. Bu isə mümkün deyil”.

Türkoloq deyib ki, “ilgilənmək”, “bəlirləmək” kimi sözlər sovet dövründə, xüsusilə 1920-1930-cu illərdə qadağan olunub:

“1930-cu illərin ortalarından sonra Sovet Rusiyası məqsədli şəkildə Azərbaycan dilini Türkiyə türkcəsindən ayırmaq siyasəti aparıb. Buna görə də biz sevinməliyik ki, yenidən dilimiz ortaq türk dilinə yaxınlaşır, əlifbamızda birlik yaranır. Bu, həm də dövlət siyasətinin bir hissəsidir. Türk Dövlətləri Təşkilatında əsas məqsədimiz vahid türk dili və vahid türk əlifbasının tədricən formalaşmasıdır. Bunun üçün Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türk xalqlarının dilini zənginləşdirmək vacibdir. Yəni əgər diqqət yetirilməli məsələ varsa, daha çox yad sözlər, məsələn, rus, ingilis, fars, ərəb sözləri nəzərə alınmalıdır, özümüzə aid sözlərə yox”.

F.Ələkbərov bildirib ki, Türkiyədən gələn sözlər əslində bizim dilimizdə olub:

“Sadəcə, qadağalar qoyulmuşdu, indi yenidən işlədilir. Əlbəttə, Yeni Azərbaycan türkcəsinin özünəməxsus xüsusiyyətləri var, Türkiyə türkcəsinin də özünəxas formaları mövcuddur. Amma bunların kökü, mahiyyəti, tarixi və gələcəyi bir-birinə bağlıdır. Bu cür məsələlərdə sözləri ayrı-ayrı dil hesab etmək doğru deyil. Mirzə Ələkbər Sabir də qeyd edirdi ki, Osmanlı dili və türk dili arasında ayırmaq düzgün deyil. Osmanlı dili sonradan türk dili adlandırıldı, bizim türk dilimiz isə məcburən Azərbaycan dili adlandırıldı. Əslində, bu da türk dilidir.

Bizim gələcəyimiz bir ailədir: türk dünyası və türk ailəsi. Öz dilimizi bu ailə ilə zənginləşdirməkdən başqa çıxış yolu yoxdur”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər