Azərbaycan və ICAO Aktaudakı təyyarə qəzasını müzakirə etdi

Azərbaycan və ICAO Aktaudakı təyyarə qəzasını müzakirə etdi
17.06.2025 12:54

Fransanın paytaxtı Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo arasında görüş keçirilib.

TodayPress TV bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ötən ilin dekabr ayında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişafı məqsədi ilə nəzərdə tutulan planlar barədə fikir mübadiləsi aparılıb.

Aviasiya qəzalarının araşdırılmasının prioritet olduğunu qeyd edən ICAO nümayəndələri bu sahədə Azərbaycanın müvafiq dəstəyinin zəruriliyini bildiriblər. Tərəflər mülki aviasiya uçuşlarının bütün təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə aviasiya və uçuşların təhlükəsizliyi istiqamətləri üzrə tənzimləmənin təkmilləşdirilməsi, habelə effektiv dövlət nəzarətinin həyata keçirilməsini dəstəkləmək və ICAO-nun standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə təlim proqramlarının həyata keçirilməsinin vacibliyi bildirilib. Bundan əlavə, müxtəlif sahələr üzrə ICAO tərəfindən texniki yardım proqramları çərçivəsində təyin olunan ekspertlərin iştirakı ilə potensialın gücləndirilməsi sahəsində tərəfdaşlığa xüsusi diqqət yetirilməsi barəsində razılığa gəlinib. ICAO-nun Bacarıqların İnkişafı və İcra Bürosu (CDI) vasitəsilə ikitərəfli əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Tərəflər ICAO ilə Dövlət Mülki Aviasiya Agentliyi və milli operatorlar arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq standartların qlobal miqyasda tətbiqində ICAO ilə birgə fəaliyyətin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyib.

FOTOLAR

Azərbaycan və ICAO Aktaudakı təyyarə qəzasını müzakirə etdi — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər