Azərbaycan Nəşriyyatı istismarını dayandırır - RƏSMİ

Azərbaycan Nəşriyyatı istismarını dayandırır - RƏSMİ
16.01.2026 11:59

"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

TodayPress TV xəbər verir ki, bununla bağlı MMC-dən "Report"a açıqlama verilib.

Bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.

Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.

Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".

Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə oyunda ikinci qolu vurdu - VİDEO 20:08 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi 20:51 Yaponiyada dəhşətli leysan! - VİDEO 20:37 İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi! 20:28 "Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir 20:20 Kəlbəcərdə mina PARTLADI, xəsarət alan var 19:57 Gürcüstan-Rusiya sərhədində həyəcan siqnalı - Gömrük məntəqəsi boşaldıldı 19:53 Husilərdən Səudiyyəyə növbəti zərbə: "Saudi Aramco" PUA ilə vuruldu 19:41 Avropanın əsas sursat zavodlarından birində PARTLAYIŞ - VİDEO 19:25 İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ 19:13 "Qarabağ" və "Dinamo"nun start heyətləri bəlli oldu! 19:05 ABŞ köməyi kəsdi, Avropa isə artırdı - Kiyevə milyardlarla avroluq paket 18:49 AQTA-dan bitki yağı idxalçılarına XƏBƏRDARLIQ! 18:36 Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat 18:31 Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin... 18:22 Tehran TƏKZİB ETDİ: Hörmüz boğazında nəzarət İranın əlindədir! 18:15 Lənkəranda açıq sahədə yanğın - VİDEO 18:05 Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı 18:01 Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Bütün Xəbərlər