"Azərbaycan Dəmir Yolları" bayramda gücləndirilmiş rejimdə işləyəcək

"Azərbaycan Dəmir Yolları" bayramda gücləndirilmiş rejimdə işləyəcək
07.11.2025 12:19

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

TodayPress TV xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 7-11 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 08:30-da Bakıdan Ağstafaya, 17:20-də Ağstafadan Bakıya yola düşəcək.

Bundan əlavə, Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunması nəzərə alınaraq, Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.

Bakı–Qazax–Bakı xətti üzrə hərəkət edən müasir qatarlar qarşıdakı qeyri-iş günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

Bu ilin avqustunda 32 ildən sonra bərpa edilən Bakı–Ağdam–Bakı marşrutu üzrə 9 noyabr tarixində əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində hər iki istiqamətdə səfər etmək mümkündür. Qatar Bakıdan saat 07:10, Ağdamdan isə 18:20-də hərəkətə başlayacaq.

Sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətdə reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək. 8 noyabrdan başlayaraq həftəsonları bu marşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.

Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq. Belə ki, 7 noyabrda Bakıdan Balakənə hərəkət edəcək qatara 7 əlavə vaqon, 9 noyabrda Balakəndən yola düşəcək qatara 1 əlavə vaqon, 10 noyabrda isə Balakəndən hərəkətə başlayacaq qatara 4 əlavə vaqon qoşulacaq. Ümumilikdə bu marşrut üzrə qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edir. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.

8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərlər.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər