ASCO tankerləri ilə daşınmış Qazaxıstan neftinin həcmi açıqlandı

ASCO tankerləri ilə daşınmış Qazaxıstan neftinin həcmi açıqlandı
18.03.2026 13:15

Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib.

TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, bu həcmin 1 milyon 962 min 983,243 tonu "Tengiz", 122 min 746 tonu isə "Kaşağan" yatağından olan neftin payına düşür.

Layihə çərçivəsində son daşımalardan biri martın 12-də ASCO-ya məxsus "Prezident Heydər Əliyev" tankeri tərəfindən yerinə yetirilib. Həmin gün tanker Aktau limanından 9 min 326 ton həcmində "Tengiz" yatağına aid xam nefti "Azərtrans" Səngəçal istiqamətində uğurla daşıyıb.

Qeyd edək ki, "Tengiz" neftinin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktau limanından Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər