AQC: Qiymətləndirmə istiqamətləri artırılır

AQC: Qiymətləndirmə istiqamətləri artırılır
09.02.2026 15:22

AQC əməyin qiymətləndirilməsi mexanizminin tətbiqinin rəsmi bazarın genişlənməsinə, maliyyə hesabatlılığının güclənməsinə və şəffaflığın tam şəkildə təmin olunmasına şərait yaradacağını bildirir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Əliyev deyib.

Müstəqil qiymətləndirmə fəaliyyətinə əmək bazarının və əməyin dəyərinin qiymətləndirilməsi istiqamətinin əlavə olunması mümkündür.

Onun sözlərinə görə, əməyin dəyərləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən mövcud 9 istiqamət çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı şəkildə öz əksini tapa bilər. “Həm nəzəri, həm də praktik baxımdan əməyin dəyəri klassik qiymətləndirmə yanaşmaları — bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilir”.

Rüfət Əliyev beynəlxalq təcrübəyə toxunaraq qeyd edib ki, ABŞ-da əməyin dəyərinin qiymətləndirilməsi artıq geniş yayılmış və institusionallaşmış praktikadır. “Bu sahədə peşəkar qiymətləndiricilər (Valuation Analysts), forensik qiymətləndirmə üzrə ekspertlər, eləcə də HR strukturları və müstəqil qiymətləndirmə şirkətləri fəal iştirak edir. Əməyin dəyəri ilə bağlı qiymətləndirmə hesabatları məhkəmə proseslərində (itirilmiş gəlirin hesablanması, əmək qabiliyyətinin azalması halları), korporativ restrukturizasiya layihələrində, startap və innovasiya təşəbbüslərində, eləcə də birləşmə və satınalmalar (M&A) zamanı geniş istifadə olunur”.

Ekspertin sözlərinə görə, ABŞ-da əməkhaqqı dövlət tərəfindən tənzimlənməsə də, əməyin iqtisadi dəyəri çox vaxt məhz qiymətləndirici hesabatlar vasitəsilə əsaslandırılır. “Almaniyada isə bu proses iqtisadi ekspertiza formasında həyata keçirilir və rəsmi tanınmış ekspertlər (Öffentlich bestellter Sachverständiger), həmçinin qiymətləndirmə və konsaltinq şirkətləri tərəfindən aparılır”.

Rüfət Əliyev vurğulayıb ki, əmək fəaliyyətinin qiymətləndirilməsinin əsas fəlsəfəsi “idarə etmək üçün ölçmək lazımdır” prinsipinə əsaslanır. “Düzgün qurulmuş fəaliyyət və motivasiya sistemi işçiləri yekun nəticəyə fokuslayır, hədəflərin tez-tez dəyişdirilməsi isə həm işçi, həm də işəgötürən üçün mənfi nəticələr yaradır. Sabit və şəffaf qiymətləndirmə sistemi rəhbərliyə işçilərin etimadını qazanmağa, eyni zamanda strateji qərarların daha əsaslandırılmış şəkildə qəbuluna imkan verir”.

O əlavə edib ki, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında, müəyyən zaman intervallarında işçilərin fəaliyyətinin, məhsuldarlığının və inkişaf potensialının obyektiv qiymətləndirilməsini nəzərdə tutur. Bu proses təkcə fərdi işçilərə deyil, komandalara və bütövlükdə şirkətin fəaliyyətinə də tətbiq oluna bilər.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Bütün Xəbərlər