AQC ilə TİKA arasında işgüzar görüş keçirildi

AQC ilə TİKA arasında işgüzar görüş keçirildi
02.03.2026 14:58

Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatorluğu arasında işgüzar görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə iki qurum arasında mümkün əməkdaşlıq istiqamətləri və birgə layihələrin icrası məsələləri müzakirə edilib.

Görüşdə AQC sədri Vüqar Oruc, sədrin müşavirləri Asif İbrahimov və Orxan Həsənov iştirak ediblər. TİKA Bakı koordinatorluğunu isə koordinatorun köməkçisi Kürşad Özdəmir təmsil edib.

Müzakirələr zamanı qiymətləndirmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, peşəkar kadr potensialının gücləndirilməsi, təlim və seminarların təşkili kimi istiqamətlərə xüsusi diqqət yetirilib. Tərəflər bu sahədə ortaq təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

TİKA-nın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olduğu və qurumun ölkədə qiymətləndirmə sahəsinin formalaşmasında mühüm rol oynadığı bildirilib. Həmçinin gələcəkdə AQC ilə birgə təşəbbüslərin reallaşdırılmasına maraq ifadə edilib.

Görüş zamanı, həmçinin, qarşılıqlı təcrübə mübadiləsi, regional və beynəlxalq layihələrdə birgə iştirak, eləcə də maarifləndirici proqramların təşkili imkanları nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın konkret istiqamətlər üzrə davam etdirilməsi barədə razılıq əldə ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər