ADSEA sədri yeni inzibati bina ilə tanış oldu

ADSEA sədri yeni inzibati bina ilə tanış oldu
26.12.2025 12:53

Dekabrın 24-də ADSEA-nın sədri Zaur Mikayılov ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin yeni inzibati binası ilə tanış olub.

TodayPress TV xəbər verir ki, tədbirdə ADSEA sədri, agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və regional bölmənin kollektivi iştirak ediblər.

Bildirilib ki, yeni inzibati bina əməkdaşların peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara uyğun şəkildə təchiz olunub.

Binada xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi sahələr, iclas və konfrans zalları yaradılıb. İnzibati bina əsaslı təmir olunub, müasir mebel və texniki avadanlıqlarla təmin edilib, kommunikasiya və istilik sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb. Təhlükəsizlik məqsədilə yanğın siqnalizasiya sistemi, video-nəzarət kameraları və nəzarət-buraxılış məntəqələri quraşdırılıb.

İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib. Açılış nitqində ADSEA sədri Zaur Mikayılov bildirib ki, yaradılan müasir iş şəraiti əməkdaşların peşəkarlığının, iş potensialı və səmərəliliyinin artırılmasına, eləcə də vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhfə verəcək.

Qeyd olunub ki, bu cür şərait Xidmət əməkdaşlarından daha yüksək məsuliyyət, peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.

Cənab Prezident İlham Əliyevin doğum günündə bu tədbirin keçirilməsi dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına, idarəetmədə şəffaflıq və səmərəliliyin artırılmasına verilən önəmin göstəricisi kimi qiymətləndirilib.

Tədbirin sonunda vurğulanıb ki, həyata keçirilən institusional yeniliklər su ehtiyatlarının səmərəli idarə olunmasına, ətraf mühitin mühafizəsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

TodayPress TV

FOTOLAR

ADSEA sədri yeni inzibati bina ilə tanış oldu — 1
ADSEA sədri yeni inzibati bina ilə tanış oldu — 2
ADSEA sədri yeni inzibati bina ilə tanış oldu — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər