600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?

600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
30.04.2026 13:36

Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı birdəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.

TodayPress TV Modern.az-a istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, "Sosial müavinət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət alan, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alan şəxslər, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslər, eləcə də "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunan şəxslər vəfat etdikdə, onların dəfnini öhdəsinə götürən şəxslərə birdəfəlik müavinət ödənilir.

Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunur. Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığortaolunanlar üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər