36 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

36 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
21.08.2025 17:34

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan, Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və əks istiqamətə, Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və əks istiqamətə, Gəncə-Şəmkir və əks istiqamətə, Gəncə-Goranboy və əks istiqamətə, Qarasuçu (Goranboy)-Gəncə, Səmədabad (Goranboy)-Gəncə, Yuxarı Seyfəli (Şəmkir)-Gəncə, Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə, Könüllü (Şəmkir)-Gəncə, Qovlarsarı (Samux)-Gəncə, Xuluf (Şəmkir)-Gəncə, Qarabağlar (Samux)-Gəncə, Yeni yaşayış massivi (Göygöl)-Gəncə şəhərlərarası, Liman şəhəri - Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi) şəhərətrafı,  eləcə də paytaxtın 53 nömrəli şəhərdaxili, 447 və 512 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 19 sentyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan istiqamətlərində 6 lot üzrə sentyabrın 23-də; 

Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və Bərdə-Mingəçevir istiqamətlərində 5 lot üzrə sentyabrın 26-da; 

Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə sentyabrın 30-da;

Gəncə-Şəmkir, Şəmkir-Gəncə, Gəncə-Goranboy, Goranboy-Gəncə, Qarasuçu (Goranboy)-Gəncə (avtovağzal), Səmədabad (Goranboy)-Gəncə (avtovağzal), Yuxarı Seyfəli (Şəmkir)-Gəncə (avtovağzal) istiqamətlərində 7 lot üzrə oktyabrın 3-də; 

Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə (avtovağzal), Könüllü (Şəmkir)-Gəncə (avtovağzal), Qovlarsarı (Samux)-Gəncə (Dəmiryol vağzalı), Xuluf (Şəmkir)-Gəncə (avtovağzal), Qarabağlar (Samux)-Gəncə (Dəmiryol vağzalı) və Yeni yaşayış massivi (Göygöl)-Gəncə (avtovağzal) şəhərlərarası, eləcə də Liman şəhəri - Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi) şəhərətrafı avtobus marşrutları üzrə 7 lotda oktyabrın 7-də; 

paytaxtın 53 nömrəli şəhərdaxili (“Elmlər Akademiyası” metrostansiyası – Bayıl parkı), 447 nömrəli şəhərətrafı (Qala qəsəbəsi – Mərdəkan qəsəbəsi) və 512 nömrəli şəhərətrafı (Abşeron rayonu, Çaylı kəndi – Müşfiqabad qəsəbəsi) avtobus marşrutları üzrə 3 lotda oktyabrın 10-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər