16 ildir zaman ona toxunmur... — Mübariz İbrahimovun doğum günüdür

16 ildir zaman ona toxunmur... — Mübariz İbrahimovun doğum günüdür
07.02.2026 11:54

“Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...”.

(Mübariz İbrahimovun son məktubundan)

1988-ci ilin fevralında Biləsuvarda dünyaya gələn Mübariz adi bir həyat yaşaya bilərdi. Yaşaya da bilərdi, amma o...


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Onun adı müasir Azərbaycan tarixində təkcə hərbi qəhrəmanlıq nümunəsi kimi deyil, həm də cəmiyyətin milli ləyaqət anlayışına baxışının dəyişdiyi mərhələnin simvolu kimi yer alıb.

1988-ci il fevralın 7-də Biləsuvar rayonunda anadan olan Mübariz İbrahimov həqiqi hərbi xidmətini başa vurduqdan sonra mülki həyata qayıtsa da, bölgədə davam edən hərbi-siyasi gərginlik və işğal faktoru onun şəxsi qərarına təsirsiz ötüşməyib. O, könüllü şəkildə yenidən ordu sıralarına qayıdaraq xüsusi təyinatlı bölmədə xidmətini davam etdirib.

Mübariz İbrahimov 2010-cu ilin 18 iyunundan 19-na keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Sonra isə düşmənin silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Baş tutan döyüş zamanı o, 4 erməni əsgərini (müxtəlif mənbələrə görə isə bu say 45-dir) məhv edir. 

Düşmənə çox ağır itkilərə yaşadır. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.  


Döyüşdən sonra Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı qarşı tərəfə rəsmi müraciət edib. Ermənistan tərəfi əvvəlcə cəsədin öz nəzarətində olduğunu bildirsə də, daha sonra bu mövqeyi dəyişərək Mübariz İbrahimovun nəşinin neytral zonada qaldığını bəyan edib.

Bununla belə, avqustun 2-də Rusiya mənşəli internet resurslarında Mübariz İbrahimova aid olduğu iddia edilən fotoşəkillər yayılıb. Bu görüntülər Azərbaycan cəmiyyətində geniş müzakirələrə səbəb olub. Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən materialların yayılması beynəlxalq humanitar hüquq normalarına ziddir.  

Nazirlik eyni zamanda vurğulayıb ki, Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədinin qaytarılması istiqamətində səylərini davam etdirir və bu məqsədlə mövcud olan bütün diplomatik və hüquqi imkanlardan istifadə ediləcək.

Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu ildə Azərbaycan tərəfinə təhvil verilib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


“Vətənin dar günündə ürəyim dözmür” yazmışdı… 

İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun həlak olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildi və burada Azərbaycan bayrağı dalğalandırıldı.  

Əminik ki, bu gün Mübarizin ruhu şaddır! 

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər