Türkiyədən tarixi addım: kürdlər oyundankənar qaldı, türkmanlar masada

Türkiyədən tarixi addım: kürdlər oyundankənar qaldı, türkmanlar masada
19.05.2026 14:14

Türkiyədən İraqa mal daşıyan yük maşınlarından ibarət ilk tranzit karvan 15 ildən sonra ilk dəfə olaraq Kürdüstan bölgəsini yan keçərək uğurla çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu, regionda yeni bir mərhələnin başlanğıcı kimi görünür. Karvan ötən həftə yenidən açılan Təl Əbyad sərhəd keçidindən Suriyaya girib, oradan da İraqın Mosul əyalətindəki Rabia istiqamətinə hərəkət edib.

Hadisə Türkiyə-Suriya-İraq dəhlizinin canlandırılması istiqamətində atılan real addımlardan biridir. Yaxın aylarda Nusaybin-Qamışlı marşrutunun da işə düşəcəyi gözlənilir.

Bu marşrut Kürdüstan Regional Hökuməti (KRR) üçün ciddi zərbədir. Son illərdə Bağdadın tətbiq etdiyi yeni gömrük sistemi və ASYCuda platforması səbəbindən İbrahim Xəlil keçidindən keçən Türkiyə-İraq yükdaşımaları təxminən 70% azalıb. İndi isə alternativ yolların açılması KRR-in tranzit gəlirlərini və danışıqlar mövqeyini daha da zəiflədir.

"The National Context" qəzeti ötən ay yazmışdı ki, Ankara və Bağdadın Türkiyə-Suriya-İraq dəmir yolu dəhlizi ilə bağlı açıqlamaları məhz Kürdüstanı kənarda qoyan variantlara işarə edir. Dəmir yolu layihəsi reallaşsa, KRR-in əlindəki üstünlüklər daha da əriyəcək.

Türkiyə bu dəhliz vasitəsilə Avropa və Asiya bazarlarına daha sürətli çıxış əldə etmək istəyir. İraq isə idxal-ixrac yollarını diversifikasiya edərək asılılığı azaltmağa çalışır. Suriya ərazisindən keçən marşrutların açılması həm də regionda sabitliyin yavaş-yavaş bərpa olunduğunu göstərir.

KRR tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Bağdad-Ankara-Şam arasında güclənən əlaqələr Kürdüstan bölgəsinin İraq daxilindəki mövqeyini yenidən formalaşdırmağa məcbur edəcək. Görünən odur ki, regionda geostrateji kartlar yenidən qarışır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər