TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı

TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı
03.12.2025 16:57

Bakı şəhəri 2-3 dekabr 2025-ci il tarixlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun ikinci iclasına ev sahibliyi edib.

TodayPress TV xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya və kartoqrafiya sahəsinə cavabdeh qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasın əvvəlində tədbir iştirakçıları ölkəmizdə geodeziya və kartoqrafiya sahəsində görülən işləri əks etdirən videoçarxı izləyiblər.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajanın, eləcə də TDT-yə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. Görüş zamanı həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlara geniş təqdimat olunub.

İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, digər aidiyyəti qurumların və TDT-yə üzv ölkələrin mütəxəssisləri TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti, əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Tədbir panel sessiyalarla davam edib.

Bununla yanaşı, növbəti 3-cü toplantıya Qazaxıstan Respublikasının ev sahibliyi edəcəyi qərara alınıb. Sonda Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının Bəyannaməsi imzalanıb.

TodayPress TV

FOTOLAR

TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 1
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 2
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 3
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 4
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 5
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 6
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 7
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 8
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 9
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 10
XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər