Səbinə Əliyeva Ergin Ergül və Nadir Adilovla görüşdü

Səbinə Əliyeva Ergin Ergül və Nadir Adilovla görüşdü
02.09.2025 16:18

Ombudsman   Səbinə   Əliyeva   professor   Ergin   Ergül   və   Mediasiya   Şurasının   İdarə Heyətinin sədri Nadir Adilovla görüşüb.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları  üzrə   Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ankara Medipol Universitetinin dekanı, tanınmış türkiyəli  hüquqşünas, beynəlxalq insan hüquqları üzrə ekspert, professor Ergin Ergül və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov ilə görüş keçirib.Görüşdə   insan   hüquq   və   azadlıqlarının   müdafiəsi,   mediasiya   institutunun   inkişafı, beynəlxalq   təcrübənin   öyrənilməsi   və   tətbiqi,   həmçinin   hüquqi   maarifləndirmə   sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.Söhbət zamanı müasir dövrdə süni intellektin hüquqi müstəvidə tətbiqi, bu sahədə mövcud imkanlar və etik məsələlər barədə fikir mübadiləsi aparılıb. Ombudsman   süni   intellekt   texnologiyalarının   tətbiqinin   həm   insan   hüquqlarının qorunması, həm də ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından yeni imkanlar yaratdığını   vurğulayıb.   Bildirib   ki,   süni   intellekt   konsepsiyasına   keçid   insan   hüquq   və azadlıqlarının təmini və texnoloji tərəqqinin insan hüquqlarına mənfi təsirlərinin minimuma endirilməsi   ilə   şərtlənməli,   bu   sahədə   normativ   baza   və   texnoloji   imkanlar   bir-birini tamamlamalıdır.Professor Ergin Ergül müəllifi olduğu və Azərbaycan dilinə tərcümə olunaraq yeni nəşr edilmiş “Süni intellekt və hüquq” (“Yapay zeka və hukuk”) adlı elmi əsərini təqdim edərək kitabın əsas mövzusu barədə məlumat verib, kitabda insan hüquqlarının müasir çağırışlar fonunda qorunması, beynəlxalq hüququn inkişaf meyilləri və innovativ yanaşmaların geniş şəkildə əks olunduğunu qeyd edib, kitabin Azərbaycan dilində ərsəyə gəlməsində verdiyi dəstəyə görə Ombudsman Səbinə Əliyevaya öz təşəkkürünü bildirib. Görüş   hüquqi   maarifləndirmə   təşəbbüsləri   və   gələcək   əməkdaşlığın   qurulması istiqamətində qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

FOTOLAR

Səbinə Əliyeva Ergin Ergül və Nadir Adilovla görüşdü — 1
Səbinə Əliyeva Ergin Ergül və Nadir Adilovla görüşdü — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər