Prezident: Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək

Prezident: Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək
18.07.2025 12:25

Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət müəyyənləşdirməklə, maliyyə imkanlarının səfərbər olunmasını, onların qorunub saxlanılmasını, həmin resurslardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün nizam-intizamın möhkəmləndirilməsini, dövlət auditi institutlarının daha təkmil olmasını zəruri edir.

TodayPress TV xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciətində qeyd edilib.

“Bu baxımdan, dayanıqlı inkişaf və rəqəmsal iqtisadiyyata keçid şəraitində Toplantının hər iki mövzusu üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müzakirəni təqdirəlayiq hesab edirəm. Belə ki, iqtisadi və sosial inkişafda və qlobal rəqabət mühitində üstünlüklərin əldə edilməsində süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır. Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirir. Süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlığın, elmi tədqiqatların gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə və audit xidmətlərinin dayanıqlı inkişafına öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti bildirib ki, Toplantının ikinci mövzusu da olduqca əhəmiyyətlidir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşmaq üçün fəaliyyətin davamlı olması böyük maliyyə vəsaiti tələb edir. Həmin vəsaitlərdən məqsədyönlü istifadənin, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsində isə ali audit orqanlarının iştirakı vacibdir. Azərbaycanın bu mövzu üzrə fəaliyyətlərə dəstək verməsi ötən il ölkəmizdə keçirilmiş mötəbər tədbirin - COP29-un timsalında bir daha təsdiq edilmiş oldu.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər