Ombudsman “Sənin məlumatın, sənin hüququn” kampaniyasında iştirak etdi

Ombudsman “Sənin məlumatın, sənin hüququn” kampaniyasında iştirak etdi
06.10.2025 12:54

Məlum olduğu kimi, 2015-ci il noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 28 sentyabr tarixini Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan edib və 2025-ci ildə bütün dünyada bu əlamətdar günün elan olunmasının 10 illiyi qeyd edilir.

TodayPress TV xəbər verir ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Ombudsman təsisatı İnformasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan, ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə informasiya ombudsmanlarını, habelə digər sahələrdə fəaliyyət göstərən ombudsmanları və digər qurumları özündə birləşdirən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (ICIC) 2023-cü ildən tam hüquqlu üzvüdür.

Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü ərəfəsində ICIC-nin, Şəffaflıq və İnformasiyaya Giriş Şəbəkəsinin (RTA) Gender və Həssas Qrupları üzrə İşçi Qrupunun və Buenos-Ayresdən olan həmkarlarımızın dəvəti ilə Müvəkkili Səbinə xanım Əliyeva bütün ölkələri bir araya gətirən və mühüm çağırışlara yönəlmiş “Sənin məlumatın, sənin hüququn” (Tu Info, Tu Derecho) kampaniyasında iştirak edib. Bununla da, bütün dünyada informasiya əldə etmək hüququnun əhəmiyyətinin vurğulanmasında, təşviqində, məlumatlılığın artırılmasında və məlumat əldə etmək hüququnun müdafiəsinin gücləndirilməsində dəstək olub. Bu kampaniya çərçivəsində Azərbaycan Ombudsmanın da yer aldığı foto-kollaj İbero-Amerika ölkələrinin bir çox sosial media platformalarında yayımlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər