Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edildi

Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edildi
24.09.2025 13:15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketeyə "Dostluq" ordenini təqdim edib.

Bu barədə TodayPress TV-yə Dini Komitədən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov V.Feketeni yüksək dövlət təltifinə layiq görülməsi münasibətilə təbrik edib.

Dövlətin dini icmalara göstərdiyi diqqətin əhəmiyyətinə toxunan sədr bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə dini müxtəlifliyin, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi həssaslıqla yanaşılır. Bütün dinlərin nümayəndələrinə bərabər imkanlar yaradılıb, ibadət yerlərinin tikintisi və bərpası, dini icmaların sərbəst fəaliyyəti üçün hərtərəfli dəstək verilir.

Yepiskop Vladimir Fekete fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olan dövlət təltifinə layiq görüldüyünə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

O, ölkəmizdə katolik icmasına yaradılan şəraitin dini tolerantlıq nümunəsi kimi beynəlxalq miqyasda da təqdir edildiyini vurğulayıb və bundan sonra da dini həmrəyliyin möhkəmləndirilməsi üçün çalışacağını qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vladimir Fekete "Dostluq" ordeni ilə təltif edilib.

TodayPress TV

FOTOLAR

Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edildi — 1
Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edildi — 2
Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edildi — 3
Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edildi — 4
Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edildi — 5
XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər