CNN-in Azərbaycanla bağlı “eksklüziv” yazısının uydurma olduğu müəyyən edildi

CNN-in Azərbaycanla bağlı “eksklüziv” yazısının uydurma olduğu müəyyən edildi
13.06.2026 16:15

İyunun 5-də CNN-in "İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqaləsində Azərbaycanla bağlı yazılanların həqiqəti əks etdirmədiyi və bunun informasiya təxribatı olduğuna dair Xarici İşlər Nazirliyi, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası və Medianın İnkişafı Agentliyi ayrı-ayrılıqda açıqlamalar veriblər.

Həmin məqalədə qeyd edilən iddialar araşdırılmadan “Middle East Eye”, “Haaretz”, “The Jerusalim Post” kimi nüfuzlu nəşrlərdə də ölkəmiz barədə təkrarlanaraq dezinformasiyanın yayılmasına səbəb olub.

Faktyoxla məqalədə qeyd edilən bəzi iddiaları araşdırıb.

I iddia – “İsrail qüvvələri Azərbaycanın cənubunda, İran sərhədinə bitişik məkanlardan fəaliyyət göstəriblər və ən yaxın nöqtə Təbriz şəhərindən 60 mil (96.5 km) məsafədə olub”.

Xəritəyə nəzər saldıqda, aydın olur ki, məqalə müəlliflərinin təqdim etdiyi 96.5 km məsafəyə ən yaxın yerlər Zəngilan və Ordubad rayonlarının ərazisinə düşür, amma bu rayonların adı İran-ABŞ/İsrail müharibəsi fonunda heç bir xarici mənbələrdə çəkilmir.

Digər tərəfdən, əgər İranla sərhədə bitişik ərazilərdə hansısa üçüncü dövlətin qüvvələri və fəaliyyətləri olsaydı, bunu ən azından iranlı sərhədçilər də müşahidə edə bilərdilər. Lakin bu cür halların olması ilə bağlı İran tərəfindən Azərbaycan tərəfinə nə müharibə zamanı, nə ondan əvvəl, nə də sonra heç bir səviyyədə (rəsmi və qeyri-rəsmi) fikir söylənilməmişdir.

II iddia – “Azərbaycandan başladılan əsas əməliyyatlardan biri nəticəsində SEPAH-ın kəşfiyyat bölməsinin rəhbəri Rəhman Moğaddamın martın 4-də öldürülməsindən bir gün sonra İranın Naxçıvan ərazisinə dronlarla hücum edib”.

Ondan başlayaq ki, açıq mənbələrdə, o cümlədən nüfuzlu “Iran International” media orqanının 27 aprel tarixli məqaləsində həmin şəxsin martın 4-də deyil, martın 3-ü günorta saatlarında Tehran şəhərində yerləşən “Kövsər” yaşayış kompleksinə hücum zamanı öldürülməsi qeyd edilir.


CNN-də onun dronla, raketlə və ya başqa üsulla öldürülməsi barədə heç bir məlumata rast gəlinmir, Tehranın mərkəzindəki bir yaşayış binasına dəyən konkret zərbənin texniki olaraq necə icra olunduğu da açıqlanmır və bunu binanın zədələnmiş hissəsindən də ayırd etmək olmur.


CNN-nin "eksklüziv" başlığı ilə təqdim etdiyi, adları açıqlanmayan dörd mənbəyə əsaslanan analitik yazısında tarixin başqa mənbədəki versiya ilə üst-üstə düşməməsi və hadisənin hansı şəkildə baş verdiyini ümumi sözlərlə təqdim etməsi məsələnin uydurulmuş hekayəyə daha çox oxşadığını deməyə əsas verir.

CNN-nin mətnində Azərbaycandakı qrupun fəaliyyətləri arasında "dron operasiyaları və kəşfiyyat" ifadəsi işlədilir.

Bir anlıq məqalə müəlliflərinin dediklərinə inanıb fərz edək ki, həmin bina Azərbaycan ərazisindən “qalxan” dronla “vurulub”. Bəllidir ki, Tehrana ən yaxın ərazi Astara rayonu hesab edilir. Xəritədə düz xəyali xətt çəkdiyimiz zaman məsafənin 390 km olduğu görünür.

Lakin iki məkan (Astara və Tehran) arasındakı relyefin analizi zamanı müəyyən olunur ki, burada dağ silsilələrinin hündürlüyü 2000-4500 metr arasında dəyişir və bu cür dəyişkən amplitudalı relyefdə və məsafədə dron idarə etmək asan olmadığı qədər, hədəfin məhz həmin vaxt evdə olduğunu bilmək, oranı bu qədər dəqiqliklə vurmaq və digər zəruri tədbirlər görmək faktiki mümkün deyil.


CNN müəllifləri Moğaddamın öldürülməsinə cavab olaraq İranın bir gün sonra Naxçıvan Beynəlxalq Hava Limanının terminalı və digər mülki obyektlərə PUA hücumları etdiyini iddia edirlər. Bəli, hücumlar baş vermişdi, lakin bir yox, iki gün sonra, yəni martın 5-də. Və məntiqlə İran tərəfi CNN-nin iddia etdiyi Təbrizdən 96.5 km-lik əraziləri vurmalı idi. Naxçıvan Hava Limanı və yaxınlığındakı hücuma məruz qalmış obyektlər isə təxminən 145-150 km-lik məsafədə yerləşirlər.

Eynilə, Naxçıvan Hava Limanından da Tehrana məsafənin düz xətt üzrə 655 km, Ordubaddan 600 km və Zəngilandan 560 km olduğunu nəzərə alsaq, Moğaddama edilən hücumun həmin istiqamətlərdən edilməsi qeyri-mümkün görünür.

Bütün bu faktlar onu deməyə əsas verir ki, “İsrail qoşunlarının Təbrizdən 60 mil məsafədə olan məkanlarda cəmləşdiyi”, Rəhman Moğaddamın Azərbaycandan “başladılan əməliyyat” nəticəsində həlak olması və məqalədəki digər iddialar heç bir məntiqə sığmayan, qonşu ölkələr arasında və regionda məqsədli şəkildə gərginlik yaratmağa hesablanan cəfəng fikirlərdir.

CNN-nin Azərbaycanın rəsmi qurumlarının faktlar təqdim etməsi çağırışına susqun qalması isə hazırlanan məlumatın “dezinformasiya” olduğunu bir daha təsdiq edir.

XƏBƏR LENTİ
31 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Bütün Xəbərlər