"Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirildi

"Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirildi
11.06.2025 16:13

İyunun 11-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ADA Universiteti və “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib.

TodayPress TV xəbər verir ki, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, təhsil müəssisələrinin kollektivlərinin, ictimaiyyət nümayəndələrinin və KİV mənsublarının iştirak etdiyi tədbir Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunub.

Elmi sessiyanı giriş sözü ilə Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola nəzər salıb. Bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü əsasında nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. 

Akademik Rafael Hüseynov “Əkinçi” qəzetindən başlayan və 1920-ci ilə qədər nəşr olunan Azərbaycan mətbuatının inciləri sayılan qəzet və jurnallar haqqında məlumat verərək bildirib ki, 1915-ci ildə o zamanlar Nikolayevski adlandırılan indiki İstiqlaliyyət küçəsindəki H.Z.Tağıyevin evində "Orucov qardaşlarının" mətbəəsi fəaliyyət göstərirdi. O, 1906-cı ildə işıq üzü görən Azərbaycanda ilk şəkilli jurnal olan "Molla Nəsrəddin" jurnalı, 1911-1920-ci illərdə Azərbaycan dilində nəşr olunan “Məktəb" jurnalı, 1915-1916-cı illərdə çap edilən ədəbi və ictimai-siyasi satirik “Babayi-Əmir” jurnalı, eləcə də bu qəbildən olan digər qəzet və jurnallar barədə danışıb. Vurğulayıb ki, həmin dövrlərdə işıq üzü görən çoxsaylı nəşrlər insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verib.

Azərbaycanın mətbuat tarixində mühüm yer tutan şəxsiyyətlərdən söz açan akademik Rafael Hüseynov həmin görkəmli ədiblərin müxtəlif qəzet və jurnalların səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərdiklərini söyləyib.

Akademik Rafael Hüseynov vurğulayıb ki, müasir dövrdə mediamızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirib, ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib.

O, bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. 

Daha sonra “Bu günümüzə qayıdan söz abidələri” adlı məruzəsini təqdim edən muzeyin direktoru ADA Universitetinin tariximizin zəngin sənəd və hadisələrinin araşdırılması, Azərbaycan xalqının tarixi mirasının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi transliterasiya layihələrinin önəmindən danışıb. O, ADA Universitetinin müasir əlifbamızda izahlar, qeydlər və indeks əlavəsi ilə orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdirdiyi jurnalların mətbuat və təhsil tariximizin işıqlandırılmasına, eləcə də dövrün mənzərəsinin daha yaxşı anlaşılmasına xidmət etdiyini söyləyib.

Akademik Rafael Hüseynov transliterasiya edilmiş jurnalların Azərbaycan milli mətbuatının 150 illiyinə dəyərli töhfə olmaqla yanaşı, tarixi keçmişimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından qiymətli mənbə kimi səciyyələndirib, bu işdə əməyi olanlara təşəkkür edib.

Sonra “Ədibin evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva, İctimai-siyasi sənədlər arxivi, beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri, fil.ü.f.d. Şəhla Abdullayeva, tərcüməçi, filoloq, jurnalları transliterasiya edib çapa hazırlayan Azad Ağaoğlu və Ədəbiyyat Muzeyinin elmi işçisi Aytən Hüseynova çıxış edərək ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915-1916) və “Məktəb” elmi-pedaqoji (1911-1920) jurnallarının mühüm tarixi məlumatları ehtiva edən əvəzsiz mənbə olduğunu söyləyiblər.

Çıxışlarda qeyd olunub ki, jurnallar transliterasiya edilǝrkǝn mǝtnin orijinallığını qorunur, nəşrlərin ölçülǝri vǝ sǝhifǝ tǝrtibatı olduğu kimi saxlanılır, sona jurnalların orijinal nüsxǝlǝri tam hǝcmdǝ ǝlavǝ edilir.

Daha sonra ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək uzun müddət tarixi biliklərin əski əlifbada yazılması səbəbindən geniş kütləyə əlçatan olmadığını söyləyib, ADA Universietetinin təşəbbüsü ilə həyata keçirilən transliterasiya layihələrinin həm nəzəri bilik, həm də tarixi kontekst baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli, “Babayi-Əmir” satirik və “Məktəb” elmi-pedaqoji jurnalları ictimaiyyətə təqdim edilib.

FOTOLAR

"Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirildi — 1
"Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirildi — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Bütün Xəbərlər