Kimlər dil kursu aça bilər? - QAYDALAR SƏRTLƏŞDİRİLMƏLİDİR

Kimlər dil kursu aça bilər?  - QAYDALAR SƏRTLƏŞDİRİLMƏLİDİR
05.11.2025 16:42

Son günlər təhsil sahəsində fırıldaqçılıq halları artmaqdadır. Belə hallarda vətəndaşlardan əvvəlcədən ödəniş tələb olunur, lakin sonradan həmin təşkilatlarla əlaqə kəsilir, ünvanlar bağlanır və təqdim edilən sənədlərin saxta olduğu üzə çıxır. 

Bəzi hallarda isə saxta diplomların satışı, attestatların qanunsuz verilməsi və xarici universitetlər adından saxta sənədlərin hazırlanması kimi faktlar müşahidə olunur.

Bəs kimlər dil kursu aça bilər? Fırıldaqçılıq hallarının qarşısını almaq üçün bu sahədə fəaliyyət qaydaları sərtləşdirilə bilər?  

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, hazırda ölkədə istənilən şəxs müvafiq qeydiyyatdan keçməklə hazırlıq və ya dil kursu aça bilər. 

Onun sözlərinə görə, bu fəaliyyət növü sahibkarlıq subyekti hesab olunur və dövlət qeydiyyatından keçən şəxslər vergiləri ödəyərək fəaliyyət göstərə bilirlər:

"Bu artıq kiçik sahibkarlıq elementi hesab olunur. Burada hansısa sərtləşdirmə və ya əlavə şərtlərin tətbiqi hazırda mümkün deyil. Fırıldaqçı şəxsləri erkən mərhələdə müəyyənləşdirmək isə çətindir". 

Təhsil eksperti vurğulayıb ki, dil kursları və xaricdə təhsil adı ilə fəaliyyət göstərən fırıldaqçı şirkətlərə tez-tez rast gəlinir:

"Hər il, xüsusilə də yay aylarında belə mövsümi şirkətlər yaranır. Xaricdə təhsil və ya dil kursları adı altında vətəndaşları aldadırlar. Düşünürəm ki, bu istiqamətdə ayrıca qanun layihəsi hazırlanarsa və ya bu sahəyə cavabdeh qurum formalaşarsa, məsuliyyət daha da artar".

Elçin Əfəndinin fikrincə, bu kimi kurslara nəzarət mexanizminin yaradılması dələduzluq halları ilə mübarizədə mühüm rol oynaya bilər.

Eyni zamanda, o, bu məsələdə cəmiyyətin də rolu olduğunu bildirib:

"Təəssüf ki, cəmiyyət daha çox bloggerlərə və müğənnilərə diqqət göstərir, elm və təhsil adamlarına isə maraq azdır. Nəticədə belə fırıldaqçılar da onların vasitəsilə tanınır. Cəmiyyət inkişaf edib dəyərlər formalaşdıqda, insanlar artıq bu şəxslərin dələduz olduqlarını fərqləndirməyi bacaracaqlar", - deyə mütəxəssis fikrini sonlandırıb.

Türkan İsgəndərli

FOTOLAR

Kimlər dil kursu aça bilər?  - QAYDALAR SƏRTLƏŞDİRİLMƏLİDİR — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Bütün Xəbərlər