Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adı ilə təltif olundu

Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adı ilə təltif olundu
07.12.2025 21:33

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə birgə Gürcüstan Texniki Universitetində olublar.

TodayPress TV xəbər verir ki, səfər zamanı tərəflər ali təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Universitetin rektoru, akademik David Qurgenidze qonaqlara ali təhsil müəssisəsinin alimlərinin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, davam edən tədqiqatları barədə məlumat verib, universitetin alim və tələbələrinin dünyanın ən böyük elmi eksperimentlərində uğurlu iştirakından söz açıb.

Hər iki ölkənin nazirləri və dəvət olunmuş qonaqlar elmi layihələrin sərgisini nəzərdən keçirib və robotexnika, süni intellekt və müasir texnologiyalar əsasında hazırlanan innovativ layihələri təqdim edən gürcü və azərbaycanlı tələbələrlə görüşüblər.

Daha sonra David Qurqenidze sözügedən universitetlə Azərbaycanın ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin inkişafına verdiyi görkəmli töhfəyə görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevi Gürcüstanın Texniki Universitetinin Fəxri doktoru adı ilə təltif edib.

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər