Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi

Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi
17.10.2025 17:21

Elm və Təhsil və Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti görüşü Yaradıcı Mərkəzdə keçirilib.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və elm və təhsil nazirinin müavini Həsən Həsənli ilə yanaşı, hər iki nazirliyin nümayəndələri iştirak ediblər.

Tədbirdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi, eləcə də birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub.

İclasda işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Görüşün sonunda iştirakçılar birgə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi və müvafiq istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.

TodayPress TV

FOTOLAR

Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi — 1
Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi — 2
Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi — 3
Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi — 4
Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi — 5
Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi — 6
Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirildi — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər