Ekspert: "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir"

Ekspert: "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir"
29.10.2025 17:33

"Bəzi universitetlərdə tədris proqramları beynəlxalq standartlara cavab vermir. Bu isə məzunların əmək bazarında çətinliklərlə üzləşməsinə səbəb olur".

Bu sözləri TodayPress TV-yə təhsil eksperti Məzahir Məmmədli bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar və fənlər üzrə real monitorinqlər aparılmır, nəticələr qiymətləndirilməyib:

"Bu qənaətə ona görə gəlinir ki, ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında özlərinə uyğun iş tapa bilmirlər. Bu isə o deməkdir ki, universitetlər ixtisaslaşmanı və fənn seçimini bazarın tələbinə uyğun qura bilmirlər. Ən yaxşı halda region ölkələri ilə müqayisə etsək, Qazaxıstan universitetləri bizdən xeyli öndədir. Hətta texniki ixtisaslarda Ermənistan və Gürcüstan da müəyyən sahələrdə bizdən qabaqdadır".

Ekspert qeyd edib ki, universitetlər məzunları əmək bazarına hazır vəziyyətdə çıxara bilmirlər:

"Məsələn, İT ixtisası üzrə təhsil alan tələbələr 6 il oxusalar da, mükəmməl proqram biliklərinə sahib olmurlar. Məzunlar əlavə kurslara gedir, özlərini inkişaf etdirməyə çalışırlar. Bu da göstərir ki, universitetlər tədris prosesində müasir tələbləri yerinə yetirə bilmirlər. Yeni nəsil alimlik və pedaqoji fəaliyyət sahəsində maraq göstərmir. Yaşlı müəllimlərin üzərinə yük düşür, bu da sistemin inkişafını ləngidir. Sosial təminatlar və rifah yaxşılaşdırılmasa, gəncləri elmə və tədrisə cəlb etmək mümkün olmayacaq. Gənc kadrların yetişdirilməsi və universitetlərdə yenilənmə prosesi zəruridir".

Məzahir Məmmədli vurğulayıb ki, təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, əmək bazarına inteqrasiya olunmuş proqramların tətbiqi və gənc kadrların dəstəklənməsi təhsilin keyfiyyətini artırmaq üçün əsas istiqamətlərdən olmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Ekspert: "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər