Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
21.11.2025 21:40

Noyabrın 23-də Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilati dəstəyi ilə “Hilton Baku” hotelində GLC FAIR 2025 - Beynəlxalq Təhsil Sərgisi baş tutacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Təhsil Cəmiyyətindən məlumat verilib.

GLC FAIR Azərbaycan gənclərinə dünyanın aparıcı təhsil mərkəzlərinə birbaşa çıxış imkanı təqdim edir. Sərgidə Böyük Britaniya, Almaniya, Fransa, Macarıstan, Polşa, Türkiyə, Litva, Malta, Kipr, ABŞ, Kanada, Çin, Misir, Fransa, Özbəkistan, Azərbaycan və digər ölkələrdən universitet və qurumlar iştirak edəcək. Sərgi çərçivəsində universitet nümayəndələri təhsil sistemləri, ixtisas istiqamətləri, qəbul tələbləri, təqaüd proqramları, yaşayış şəraiti və viza prosedurları barədə ətraflı məlumat verəcəklər. Bu il sərgidə universitetlər bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yenilənmiş tədris proqramlarını, eləcə də tələbələr üçün nəzərdə tutulmuş xüsusi təqaüd paketlərini təqdim edəcəklər.

Sərgiyə gələnlər:

•⁠  ⁠Universitet nümayəndələri ilə birbaşa ünsiyyət quracaq;

•⁠  ⁠Təqaüd tələbləri haqqında peşəkar məsləhətlər alacaq;

•⁠  ⁠2025–2026-cı tədris ili üçün ən sərfəli təhsil imkanları ilə tanış olacaq;

•⁠  ⁠- Xaricdə təhsilə hazırlıq yolunda individual mentor dəstəyi əldə edəcəklər.

Xaricdə təhsil almağı planlaşdıran gənclər üçün geniş seçim imkanı təqdim edən GLC FAIR bu il də ölkəmizdə informativ beynəlxalq təhsil platforması kimi fəaliyyət göstərəcək. Sərgi hər bir tələbəni öz təhsil yolunu düzgün planlaşdırmağa və dünya universitetləri ilə bir addım daha yaxınlaşdırmağa dəvət edir.

Sərgi saat 12:00–17:00 aralığında ziyarətçilər üçün açıq olacaq və giriş tamamilə pulsuzdur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Bütün Xəbərlər