Abituriyentlərin DİQQƏTİNƏ! Bu il imtahanlar...

Abituriyentlərin DİQQƏTİNƏ! Bu il imtahanlar...
17.03.2026 18:02

“Əvvəlki illərlə müqayisədə builki imtahanlar daha mürəkkəb ola bilər”.

Bunu təhsil eksperti Elmin Nuri TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, 9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanları vəziyyətin heç də əvvəlki illər kimi sadə olmadığını göstərib:

“2024 və 2025-ci illərdə, eləcə də 2023-cü ildə keçirilən buraxılış imtahanları müəyyən qədər daha sadə tərtib olunmuşdu. Bu isə valideynlərdə, müəllimlərdə, xüsusilə də abituriyentlərin özündə buraxılış imtahanlarının asan olacağı düşüncəsini formalaşdırmışdı. Azərbaycan dili və xarici dil üzrə mütəxəssis olmasam da, bu sahənin peşəkarları ilə müzakirələr apardım. Onların qənaətinə görə, qapalı tipli suallarda ciddi fərq yoxdur, fərq daha çox açıq tipli suallarda hiss olunur. Xüsusilə riyaziyyat fənnində açıq tipli tapşırıqların cavablandırılması vaxt aparır”.

Ekspertin fikrincə, əgər buraxılış imtahanları nisbətən çətin olubsa, blok imtahanlarında sualların sadələşdirilməsi ehtimalı yüksəkdir:

“Qəbul imtahanları iki mərhələdən ibarətdir: buraxılış imtahanları və blok imtahanları. Bu iki mərhələ bir-birini tarazlamalıdır. Bu, sistemdə ciddi xaosun yaranmasının qarşısını almaq üçündür. Əks halda, ciddi qarışıqlıq yarana bilər. Ola bilsin nəticələr gözlənildiyindən yaxşı olsun və narahatlıq əsassız çıxsın”, - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanları mayın 24-ü, I və IV qrupları üzrə isə iyunun 7-si keçiriləcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Bütün Xəbərlər