Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq

Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq
22.10.2025 16:11 Mədəniyyət

Ağdam Dövlət Dram Teatrının səhnəsində ilk dəfə fərqli üslubda  - multimedial tamaşa nümayiş olunacaq. Səhnə əsərinin premyerası oktyabrın 30-da olacaq.

TodayPress TV xəbər verir ki, Yazıçı-dramaturq İlqar Fəhminin “Şuşanı al bizimçün” pyesi əsasında ərsəyə gələn eyniadlı tamaşanın quruluşçu rejissoru Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, işıq rəssamı Anar Şükürov, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.

İkinci Qarabağ müharibəsindəki hadisələrin mənəvi-psixoloji aspektlərini önə çıxaran tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar  Afərdə Sabirqızı, Qalib Abdullazadə, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Nurşən Xudadatova, Camal Zamanov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə və Behbud Əsgərov ifa edirlər.

Əsər 44 günlük Vətən müharibəsi dönəmində arxa cəbhədəki bir ailənin psixoloji travmalarından yaranmış gərginlik və qarşılıqlı ziddiyyətlərdən bəhs edir. Müəllif pyesi 2020-ci ildə - müharibənin ilk 10 günlüyündə qələmə alsa da quruluş müəllifinin istəyi ilə mövzuya Zəfəri, yəni müharibənin sonluğunu da əlavə etmişdir. Belə ki, R. Şıxlı müəlliflə birgə yenidən əsər üzərində işləmiş, rejissor yozumunda əsərin finalını zəfərə qədər gətirib çıxartmışdır. 

Fərqli janrda – psixoloji-ictimai-patriotik-ailə dramı olaraq öz səhnə həllini tapmış əsər tamaşaçı ümumilikdə müharibənin insan hisslərində buraxdığı dərin izlərin fərqli hadisələr və ruh halları fonunda yaratdığı təəssüratı korrekt təqdim etməyə çalışır.

TodayPress TV

FOTOLAR

Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 1
Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 2
Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 3
Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 4
Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 5
Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 6
Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 7
Zəfər haqqında növbəti tamaşa nümayiş olunacaq — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər