"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edildi

"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edildi
27.10.2025 15:48 Mədəniyyət

Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında "Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqənin məqsədi nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eyni zamanda cəmiyyətdə təhsilverənin nüfuzunun artırılmasıdır.

Müsabiqədə nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərində əsas və ya əlavə iş yeri üzrə çalışan müəllimlər iştirak edə bilər.

Müsabiqə iki mərhələdən ibarətdir:

- Sənədlərin ekspertizası və ən yüksək bal toplayan namizədlərin seçilməsi;

- İxtisas üzrə 10–15 dəqiqəlik açıq dərsin videoyazısının təqdimatı və mütəxəssis qiymətləndirməsi.

Yekunda 25 qalib seçiləcək:

- Klassik musiqi ifaçılığı – 9

- Milli musiqi ifaçılığı – 9

- Musiqişünaslıq – 2

- Xor dirijorluğu – 2

- Təsviri sənət – 2

- Xoreoqrafiya – 1

Hər bir mükafat qalibi 1 000 manat pul mükafatı və diplomla təltif ediləcək.

İştirak üçün əsas şərtlər aşağıdakılardır:

- ən azı 3 il pedaqoji iş stajı

- yüksək nəzəri və praktiki hazırlıq

- şagirdlərin son 2 ildə əldə etdiyi uğurlar

- şəxsi yaradıcılıq və peşəkar nailiyyətlər

- ustad dərsləri və təlimlərdə çıxış və tədris fəaliyyəti

- mədəniyyət sahəsində ictimai fəallıq

- Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlüyü.

Tələb olunan sənədlər:

- təqdimat məktubu

- tərcümeyi-hal

- xasiyyətnamə

- şəxsiyyət və təhsil sənədlərinin surətləri

- şagird və müəllimin nailiyyətlərini təsdiq edən sənədlər

- təlim və ustad dərslərində iştirakı təsdiq edən sənədlər

- ictimai fəallığı təsdiq edən materiallar

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Bütün Xəbərlər