"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı

"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı
14.10.2025 09:35 Mədəniyyət

13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin zəngin proqramı var. 

Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərginin açılışı olub.  

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, iki ölkənin mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər. 

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından danışıblar.  Türkmənistan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəni münasibətlərin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə türkmən xalqının kişi və qadın milli geyimləri, xalça, palaz kimi toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur. Ekspozisiyada həmçinin qardaş xalqın tarixi şəxsiyyətlərinin, eləcə də qədim mədəniyyət abidələri və müasir inkişafını əks etdirən fotolar nümayiş etdirilir.

TodayPress TV

FOTOLAR

"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 1
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 2
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 3
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 4
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 5
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 6
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 7
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər