Mədəniyyət Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edir

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edir
18.06.2025 13:51 Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasında iştirak edir

Fransanın Paris şəhərində, UNESCO-nun mənzil qərargahında UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyası keçirilir.

Azərbaycanı bu tədbirdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi ilə yanaşı, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə Nazirliyin nümayəndə heyəti təmsil edir.

Nazir müavini Səadət Yusifova konfransın açılış sessiyasında çıxış edib. Bu il “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”nın 20—ci ildönümünün qeyd edildiyini vurğulayaraq, nazir müavini bu Konvensiyanın mədəniyyət siyasətini gücləndirmək və mədəni özünüifadə formalarına bərabər çıxışı təşviq etmək üçün vacib bir çərçivə olduğunu qeyd edib.

Eyni zamanda, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində mədəni və yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı", "Mədəniyyət və yaradıcı sənayelərin təşviqi üzrə Qrant Proqramı”, eləcə də, “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər bu Konvensiyanın ölkəmiz tərəfindən icrasına mühüm töhfə verdiyini qeyd edib.

Son dövr ərzində qəbul edilmiş və mədəni və yaradıcı sənayelərin inkişafına xidmət edən iki vacib qərar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları və mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri, peşələri və xidmətlərinə dair Nazirlər Kabinetinin qərarı barədə məlumat verdi.

Həmçinin, öz nitqində nazir müavini Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın düşdüyünü, onların öz mədəni məkanlarına əlçatanlıqdan və mədəni özünüifadə hüquqlarından sistemli şəkildə məhrum edildiyini vurğulayaraq, bu hərəkətlərin 2005-ci il Konvensiyasına zidd olduğunu qeyd edib.

Konfrans iyunun 20-dək davam edəcək. Konfrans çərçivəsində 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinə seçkilərin keçirilməsi, 2026–2027-ci illər üçün Hökumətlərarası Komitənin gələcək fəaliyyətini müəyyən edəcək strateji istiqamətlərə və mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı görülən işlərə dair müzakirələrin aparılacağı gözlənilir.

FOTOLAR

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edir — 1
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edir — 2
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edir — 3
XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Bütün Xəbərlər