Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi

Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi
30.05.2025 14:38 Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli mayın 30-da Siyəzən şəhərində vətəndaşları qəbul edib. 

Bu barədə Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, qəbuldan öncə Adil Kərimli və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli lider Heydər Əliyevin Siyəzən şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. 

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi və Siyəzən rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. 

Vətəndaşların müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. 

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib. 

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

FOTOLAR

Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 1
Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 2
Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 3
Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 4
Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 5
Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 6
Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 7
Mədəniyyət naziri Siyəzəndə vətəndaşları qəbul etdi — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər