Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir

Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir
11.09.2025 11:33 Mədəniyyət

Bu il Xalq yazıçısı, görkəmli kinodramaturq Maqsud İbrahimbəyovun (1935-2016) anadan olmasının 90 illik yubileyidir. Prezident İlham Əliyev 13 fevral 2025-ci il tarixində ədibin 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, sərəncamın icrası ilə bağlı ölkəmizdə silsilə tədbir və layihələr gerçəkləşdirilir.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə yazıçının ssenari müəllifi olduğu filmlərə retrospektiv baxış da silsilə tədbirlərin bir hissəsidir.

Sentyabrın 10-da Nizami Kino Mərkəzində layihənin açılışı olub. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Maqsud İbrahimbəyovun kino yaradıcılığı haqqında ətraflı məlumat verib. 

Sonra Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi Ayaz Salayev, "Balans" studiyasının direktoru Vahid Mustafayev çıxış edərək ədibin Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Yaradıcılıq Mərkəzinin rəhbəri, yazıçının həyat yoldaşı Anna İbrahimbəyova layihənin təşkilinə dəstək verən qurumlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda kinosevərlər “Balans” studiyasının bərpa etdiyi, ssenari müəllifi M.İbrahimbəyov olan “Bizim Cəbiş müəllim” bədii filmini (rejissor Həsən Seyidbəyli, 1969) izləyiblər.

Qeyd edək ki, sentyabrın 13-dək davam edək retrospektiv baxış çərçivəsində “Uşaqlığın son gecəsi” (“Azərbaycanfilm”,1968) “Truskavetsə kim gedəcək?” (“Tacikfilm”,1977, rus dilində) və “Dəniz” (“Azərbaycanfilm”, sənədli film, 1965) filmləri nümayiş etdiriləcək.

TodayPress TV

FOTOLAR

Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir — 1
Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir — 2
Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir — 3
Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir — 4
Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir — 5
Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər