Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi

Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi
10.02.2026 13:13 Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin "Yüksələn işıq" adlı sərgisində iştirak edib.

TodayPress TV xəbər verir ki, Reza Deqati Leyla Əliyevaya sərgi ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, "Yüksələn işıq" sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir. Bu sərgi səyahətin təkcə uçuşla deyil, həmçinin ilhamla başladığını xatırladır.

"Yüksələn işıq" sərgisi AZAL, "Boeing" və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Bu tərəfdaşlıq "Azərbaycan Hava Yolları" QSC ilə "Boeing" arasında uzunmüddətli və strateji əməkdaşlığın bir hissəsidir, həmçinin müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin və sərnişin rahatlığının artırılması, eləcə də Azərbaycanın qlobal aviasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan bəhs edir. Məhz bu baxış bucağı ilə AZAL Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxararaq yaddaqalan, mənalı hekayələrə çevirir.

TodayPress TV

FOTOLAR

Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 1
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 2
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 3
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 4
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 5
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 6
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 7
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 8
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak etdi — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Bütün Xəbərlər