Kukla səhnəsinin “Qaraca qız”ı

Kukla səhnəsinin “Qaraca qız”ı
22.12.2025 10:43 Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə klassik ədəbiyyat nümunəsinə – Süleyman Sani Axundovun ölməz “Qaraca qız” hekayəsinə səhnə həyatı verib.

Bu barədə TodayPress TV-yə Teatrın mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 19-da baş tutan premyera, bir tərəfdən tanış bir ədəbiyyat nümunəsini yenidən xatırladır, digər tərəfdən isə müasir uşaqlara humanist dəyərləri fərqli rakursdan təqdim edir.

Bildiyiniz kimi, Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan bu təsirli hekayə 1948-ci ildə Abdulla Şaiq tərəfindən səhnələşdirilərək pyesə çevrilmiş və zamanla ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulmuşdur. 

Kukla Teatrının səhnəsində isə bu əsər təxminən 1970-ci illərdə oynanılıb və qısa müddət sonra repertuardan çıxarılıb. Uzun illər fasilədən sonra əsərə yenidən müraciət olunması bir növ onun səhnəyə qayıdışıdır.

Tamaşanın yeni səhnələşdirmə və quruluş müəllifi rejissor Səidə Haqverdiyevadır. O,  “Qaraca qız” tamaşasına həzin və düşüncəli yanaşma gətirməklə onun vizual gücünü artırmağa çalışıb. 

Beləcə klassik əsərin bədii ruhunu qorumaqla yanaşı, müasir uşaq auditoriyasına uyğun dramaturji və vizual həllər tətbiq edib. Nəticədə final səhnəsində faciəni yumşaldaraq, qəhrəmanı bir simvola - əfsanəyə çevirməklə ona ümidverici mesaj qazandırıb.

Tamaşanın musiqi tərtibatı da xüsusi qeyd olunmalıdır. Əməkdar artist Vüqar Camalzadənin bəstələri, Sevinc Nuruqızının yazdığı mahnı sözləri əsərin emosional dərinliyini daha da gücləndirir. Quruluşçu rəssam Rəvanə Yaqubova isə kuklalar və səhnə elementləri vasitəsilə əsərin həm realist, həm də nağılvari atmosferini balanslı şəkildə təqdim edir.

Birhissəli uşaq tamaşasında obrazları Prezident mükafatçısı Aygül Ağayeva, aktyorlar Cavid İbrahimov, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli Abbasova və Bayram Ağamalıyev ifa edirlər. 

Sürətli keçidlər sayəsində həm nağılçı, həm də kukla ifaçısına çevrilən aktyor heyəti tamaşaçı ilə kukla arasındakı emosional ünsiyyəti təsirli edə biliblər. Bu mənada musiqi və səhnə hərəkəti ilə sinxronluq uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanır.

Onu da qeyd edək ki, premyera anşlaqla keçib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Bütün Xəbərlər