“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu
09.10.2025 14:27 Mədəniyyət

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif illərinə aid 60-dan çox əsər nümayiş olunur.

Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun həm klassikaya çevrilmiş, həm də son dönəmlərdə ərsəyə gətirdiyi qrafika və rəngkarlıq əsərlərini əhatə edir.    

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamları Salhab Məmmədov, Fuad Salayev, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Validə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının müdiri Faiq Dadaşov çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığının Azərbaycan təsviri sənətinə verdiyi əvəzolunmaz töhfələrdən, pedaqoji fəaliyyətindən, unudulmaz xatirələrdən danışıblar. Sonda çıxış edən Əməkdar rəssam, professor Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə sənətə verilən yüksək dəyərə görə öz təşəkkürünü bildirib.

Daha sonra  tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, zəngin yaradıcılıq yolu keçmiş Arif Ələsgərov sənaye və qrafik dizayner, rəssam-qrafik və rəngkarlıq ustası kimi tanınır. Leninqradda V.İ. Muxina adına Ali Bədii-Sənaye Məktəbini (indiki A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası) bitirdikdən sonra, 1970-ci illərdən başlayaraq Arif Ələsgərov həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda keçirilən sərgilərin daimi iştirakçısı olub. Bu gün onun əsərləri Azərbaycan və Rusiyanın muzeylərində, eləcə də  Polşa, Macarıstan, Yaponiya, Fransa, ABŞ, Böyük Britaniya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında xüsusi yer tutan İçərişəhər rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir – burada zaman sanki başqa cür axır, hər şey öz axarında, səssiz və dərin bir harmoniya içində davam edir.

Yağlı boya, ofort, monotipiya və litoqrafiya texnikalarında işlənmiş “Güclülər”, “İp üzərində gəzənlər”, “Dulusçu”, “Ovçu”, “Güləş”, “Usta və şagirdlər” kimi əsərlər ziyarətçiləri rəssamın bədii təxəyyülü ilə tanış edəcək. Bununla yanaşı, doğma Abşeronun təbiəti, uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğu Türkiyədə yaratdığı Kappadokiya, Trabzon kimi bölgələrdən ilhamlanmış mənzərələr də ekspozisiyanın mühüm hissəsini təşkil edir.

Sevgi mövzusu Arif Ələsgərovun palitrasında xüsusi yer tutur. “Görüş”, “Yeni evlənənlər”, “Aşiq samovarlar” kimi əsərlər bu mövzunu həm məcazi, həm də real çalarlarda təqdim edir. Həmmüəllifi olduğu “Fəhlə əlləri” və “Səadət” adlı monumental rəngkarlıq sahəsində yaradılmış mozaik pannoların fotoları isə tamaşaçıya rəssamın fərqli yaradıcılıq imkanlarını göstərir.

Ekspozisiyada yer alan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid qurama və samovarlar rəssamın xalqın milli ruhunu ifadə edən əsərləri ilə xüsusi ahəng yaradır. 

Arif Ələsgərovun məşhur tabloları sırasında olan “Pəhləvan” əsərinin həm ənənəvi, həm də vizuallaşdırılmış təqdimatda-animasiya formasında nümayişi sərginin digər maraqlı hissələrindəndir.

Qeyd edək ki, “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

TodayPress TV

FOTOLAR

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 1
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 2
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 3
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Bütün Xəbərlər