Əli Çağladan Sayman Aruza: "Büdcə yoxdursa, kitab hansı meyarla çap olunub?"

Əli Çağladan Sayman Aruza: "Büdcə yoxdursa, kitab hansı meyarla çap olunub?"
19.11.2025 18:08 Mədəniyyət

Sayman Aruzun mənim həqiqi iddialarıma cavab adı altında yayımladığı yazını diqqətlə oxudum. Təəssüf ki, orada təqdim olunan arqumentlər nə məntiqə, nə reallığa, nə də ədəbi-ictimai məsuliyyət anlayışına sığır. Əksinə, verdiyi açıqlamalar daha çox özünü müdafiə etmək üçün qurulmuş səthi bəhanələri xatırladır və məsuliyyətdən boyun qaçırır. 

Sayman Aruz iddia edir ki, deyilənlər “ona qarşı qurulmuş oyundur". Bu cür sözlər isə məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Mənim qaldırdığım məsələlər şəxsi hücum deyil; kitab çapı, təqdimat prosesi, ədəbi mühitdəki qərar mexanizmləri və şəffaflıqla bağlı konkret suallardır. “Oyundur” deməklə, etdiyiniz işləri ört-basdır edə bilməzsiniz. Bu, sadəcə öz üzərinizə düşən cavabdehlikdən yayınmaq cəhdidir.

AYB-nin Güney Azərbaycan şöbəsinin büdcəsi ilə bağlı dedikləriniz isə daha ciddi sual yaradır. Əgər doğrudan da büdcə yoxdursa, onda hansı meyarla kitab çap olunur? Kimlərin işi prioritet sayılır? Bu qərarlar hansı prinsiplə verilir? şəxsi münasibətlərə, yaxın dostlara, yoxsa ədəbi dəyərə görə? Əgər orda büdcə yoxdursa, bəs şöbə nəyə lazımdır? Siz büdcəsiz necə çalışırsınız? Bəs necə siz büdcəsiz başqanlıq iddiası edirsiniz. Canlıya çıxıb mən hamınızın başqanıyam deməklə deyil!  Mən şəffaflıq tələb edirəm. Kitabı kim maliyyələşdirib, sponsor kimdir, proses necə işləyib? Bunları gizlətmək ədəbi mühitə hörmətsizlikdir.

Mediada uzun müddətdir ki, sizin fəaliyyətinizlə bağlı müxtəlif iddialar səslənir. Bunlar haqqında açıq danışmaq əvəzinə, onları “qaralama kampaniyası” kimi təqdim etmək ictimaiyyəti aldatmaq cəhdidir. Əgər siz bu iddiaları əsassız hesab edirsinizsə, onda ən sadə yol, şəffaflıq və açıq hesabat verməkdir.

Təbrizli aşıq İsay a pul qarşılığında diplom satmağınızın səs faylı YouTube-da mövcuddur. Siz bunu inkar edə bilərsiniz, amma gərək bunu əsaslandırılmış şəkildə edəsiniz, yoxsa sadəcə “yalan” deməklə məsələ bağlanmır. Bu mövzuya qayıdacağıq, çünki ictimaiyyət cavab tələb edir.

Özünüzü ədəbi cameənin rəhbərlərindən biri kimi təqdim edirsiniz. Elə isə davranışınızın səviyyəsi də bu mövqedə olan birinə uyğun olmalıdır. Amma dünən gecə Instagram canlı yayımında Məhəmmədrza Ləvayi ilə dialoqunuz tamam başqa mənzərə yaratdı: güneyli ədəbiyyatçıları “küçə adamları, qəfə adamları” adlandırmağınız, sonra isə söyüşlə canlıdan çıxmanız sizin hansı etik səviyyədə dayandığınızı göstərdi. Siz özünüz bu davranışla AYB-nin adına kölgə salırsınız.

Daha gülünc olan isə kitab məsələsindəki ziddiyyətlərdir. Müəllifə zəng edib kitabın artıq çap olunduğunu demək və bu xəbəri paylaşmaq, mənim yazım paylaşılandan sonra  müəllifə “çap üçün 1000 manat lazımdır” demək, həmin prosesin necə natamam, necə qarışıq və nə qədər şübhəli aparıldığını göstərir. Əgər kitab artıq çap olunmuşdursa, niyə yenidən pul tələb edirsiniz? Bu sualın cavabını sizdən gözləyirəm. 

Yazınızda qeyd edibsiniz ki:

“Xahiş etdilər ki, kitabı çap edək. Şəxsi hesabımıza edirdik. Xərci çox olduğundan vəsait toplamaq üçün vaxt lazım idi. Kitab təqdimata qədər yayılmır – çap olunmayıbsa, kitabxanalarda nə işi var?”. 

Onun sözlərinə görə, kitab Milli Hökumətin 80 illiyi ilə bağlı tədbirdə təqdim edilməli imiş. Lakin o, qalmaqala görə təqdimatı dayandıracaqlarını açıqlayıb.

“Əgər istəyirlərsə, kitabı özləri çap etsinlər”.

Siz deyirsiniz kitab çap olub, amma sonra deyirsiniz ki, istəyirlərsə özləri çap etsinlər. Burada bir məsələ var, siz kitabı çap etməyibsiniz və onun çap və nəşr xəbərini paylaşıbsınız.

Mənə “anti-Azərbaycan” damğası vurmağa çalışırsınız. Bu, ən ucuz taktikadır. Siz isti evinizdə rahat uyuduğunuz zaman, mən Azərbaycana görə döyülürdüm, söyülürdüm, qulağımın pərdəsini itirirdim, mənim və sizin hansı mövqedə olduğumuz çoxdandır ki, bəllidir. Azərbaycan sevgimi şübhə altına almağa heç bir mənəvi haqqınız yoxdur. Çünki 23 yaşım var, əlimdən gələnin ən yaxşısını Azərbaycan ədəbiyyatı üçün etmişəm, bu da minnət sayılmasın, sadəcə kiçik bir küçə adamı olmağıma baxmayaraq, bunları etmişəm.

Sizin “İran vətəndaşları Azərbaycandakı proseslərə qarışa bilməz” deməyiniz isə ayrıca bir faciədir. Əgər siz hələ də Güney Azərbaycanı “İran” kimi görürsünüzsə, deməli, siz hansı ideoloji mövqedə dayandığınızı özünüz göstərirsiniz. Bu fikriniz həm mənəvi, həm tarixi, həm də milli baxımdan qəbuledilməzdir. 

Son olaraq siz başqalarını günahlandırmaqla şər atırsınız. Hay-küy salmaqla məsuliyyətdən qaça bilməzsiniz. Təbrizin “Günəş” kafesindəki şairlərə və dünənki canlıda Məhəmmədrza Ləvayiyə atdığınız şərlər artıq göz önündədir. Amma sizə xatırladım ki, həmin qəfə və küçə adamları dedikləriniz, Güney Azərbaycanın tanınmış simalarıdır. Siz ədəbiyyat sahəsində təkcə güney Azərbaycanda deyil, heç Quzey Azərbaycanda da ciddiyə alınmırsınız. Çünki siz ədəbiyyatçı deyilsiniz. Güney Azərbaycanın tanınmış ədəbi nümayəndələri sizi ciddi qəbul etmir. Bunu həm o tay, həm bu tay bilir. Siz uzağı ədəbiyyat aləminin alverçisi ola bilərsiniz. Sizin ətrafınızda hansı ciddi ədəbi sima var ki?! 

Bu məsələlərdən yayınmağınız artıq mümkün deyil. Hər sözünüz, hər ziddiyyətiniz və hər açıqlamanız özünüzə qarşı çevrilə bilər...

Güneyli şair Əli Çağla

FOTOLAR

Əli Çağladan Sayman Aruza: "Büdcə yoxdursa, kitab hansı meyarla çap olunub?" — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər